"Kapital Bank”ın dollar istiqrazlarına 37 investordan 37 sifariş - HƏRRACIN NƏTİCƏSİ AÇIQLANDI
"Kapital Bank” ASC-nin buraxılış həcmi 30 milyon ABŞ dolları olan istiqrazlarının Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 8 iyul 2024-cü il tarixində yekunlaşıb.
Marja Birjaya istinadən xəbər verir ki, istiqrazlara 37 investor tərəfindən 37 sifariş təqdim olunub. İstiqrazlar tam məbləğdə yerləşdirilib.
28 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 30,000,000 (otuz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdi.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2012005156
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
İstiqrazın sayı: 300,000 (ədəd)
İlkin ticarət qiyməti: 100 ABŞ dolları
Buraxılış həcmi: 30,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi: 7%
Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
Tədavül müddəti: 7 il
Hərrac qiyməti: 100 ABŞ dolları
Reallaşdırılmış həcm: 30,000,000 ABŞ dolları
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 30,000,000 ABŞ dolları
İnvestor sayı: 37
Sifariş sayı: 37
İstiqrazların ödəmə tarixi: 08.07.2031
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 d. əvvəl
- 21 d. əvvəl
- 22 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















