İş adamı Elxan Bəşirov Oksford Akademik Birliyinin fəxri professoru seçilib
Bu titul iqtisadiyyatın inkişafına töhfə verən şəxslərə hörmət və minnətdarlıq əlaməti olaraq verilir.“Matanat A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) sədri, Texnika elmləri üzrə fəlsəfə doktoru Elxan Bəşirov Böyük Britaniyanın Oksford Akademik Birliyinin (Honorary Professor of the Academic Union, Oxford, UK) Fəxri professoru adına layiq görülüb.
Oksford Akademik Birliyinin bu titulu cəmiyyətin sosial tərəqqisinə, iqtisadiyyatın inkişafına töhfə verən şəxslərə hörmət və minnətdarlıq əlaməti olaraq verilir.
Dünya miqyasında bu fəxri ada müxtəlif illərdə tanınmış şəxsiyyətlər layiq görülmüşdür.
Oksford Akademik Birliyi müxtəlif ölkələr üzrə 350-dən çox universitet rektoru, alim və tədqiqatçıdan ibarət beynəlxalq qurumdur. Birliyin əsas məqsədi innovasiyaları həyata keçirən ictimai liderləri müəyyən edərək, elm, təhsil və biznesin inteqrasiyası və inkişafı üzrə səylərin birləşdirilməsindən ibarətdir.
Xatırladaq ki, Elxan Bəşirov bundan əvvəl Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən İqtisadiyyat və Biznes kateqoriyasında İnnovasiyaların yaradılması və tətbiqi üzrə Beynəlxalq Sokrat Mükafatına (Socrates İnternational Award) da layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
7 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
9 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
12 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
14 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 22 d. əvvəl
- 24 d. əvvəl
- 33 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir

























