Birjalarda son vəziyyət - HƏFTƏLİK ANALİZ
Ötən həftənin cümə günü Amerikada əmək bazarı göstəriciləri, xüsusilə də Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı (NFP) proqnozların üzərində açıqlandıqdan sonra dollar indeksi sürətlə yüksəldi.
Cari həftə ərzində isə, ABŞ-ın mühüm inflyasiya məlumatları açıqlandıqdan sonra FED-in toplantısı keçiriləcək. Yaponiya Mərkəzi Bankının iclası da bu həftə baş tutacaq. Həmçinin, İngiltərədən gələn iqtisadi məlumatlar faiz dərəcələrini azaltmağı düşünən İngiltərə Mərkəzi Bankı üçün mühim stimul ola bilər.
FED-in faiz qərarı
Çərşənbə günü Federal Ehtiyyatlar Sisteminin iki günlük iclasının sonunda faiz dərəcələrini sabit saxlaması gözlənilsə də, investorlar və analitiklər bunun əvəzinə FED-in 2024-cü ilin qalan hissəsində rəsmilərin neçə faiz endirimi siqnalı verəcəyinə dair ipucları arayacaqlar.
Ötən həftənin cümə günü açıqlanan məşğulluq məlumatları, işsizlik səviyyəsinin artmasına baxmayaraq may ayında həm Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayının, həm də maaş artımının sürətləndiyini göstərərək, bazarların bu il faiz endirimi gözləntilərini azaltdığını və ilk faiz endiriminin sentyabr ayında edilməsinin proqnozlaşdırıldığını əks etdirdi.
FED rəsmilərinin son şərhləri göstərir ki, inflyasiya səviyyəsi hələ də yüksək olduğu üçün faiz dərəcələrini azaltmağa tələsmirlər.
2022-ci ildən başlayan aqressiv faiz artımlarından sonra inflyasiya müəyyən qədər azalsa da, hələ də 2%-lik hədəfə düşməyib.
Amerikanın may ayı üçün inflyasiya məlumatları
ABŞ-da may ayı inflyasiya rəqəmləri çərşənbə günü FED-in faiz dərəcələrini açıqlamasından bir neçə saat əvvəl dərc olunacaq. İnflyasiyanın azaldığını göstərən məqamlar, xüsusilə iqtisadi zəiflik əlamətləri nəzərə alınmaqla, faiz dərəcələrinin aşağı salınmasına dair ehtimalları gücləndirə bilər.
İnflyasiyanın azalması ilə dəstəklənən “Wall Street”, hadisələri yaxından izləyəcək. İnvestorlar bu il monetar yumşalma ehtimallarını qiymətləndirir və hətta iyul ayında faiz dərəcələrinin azaldılacağına dair zəif ümidlər var.
Əgər inflyasiya bu ayda da artımla açıqlanarsa, resessiya qorxularını da geri qaytara bilər.
Toplantı sonrası FED sədri Cerom Pavelin mətbuat konfransında monetar siyasətin gələcəyi ilə bağlı səsləndirəcəyi fikirlər birjalara yön verə bilər.
EUR
Ötən həftəyə 1.0844 səviyyəsində start verən EURUSD məzənnəsi 1.0916 həddini test etsə də, Amerikada proqnozların üzərində açıqlanan əmək bazarı (NFP) göstəricilərindən sonra kəskin geriləyən məzənnə, həftəlik şamını 1.08$ həddində bağladı.
Cari həftə ərzində Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Böyük Britaniya məlumatları
Bazar iştirakçıları, İngiltərə Mərkəzi Bankının pul-kredit siyasətinə yön verən əsas göstəricilərdən olan əmək bazarı hesabatını çərşənbə axşamı yaxından izləyəcəklər.
Bonuslar istisna olmaqla orta həftəlik qazanc, mart ayına qədər olan üç aylıq dönəmdə illik olaraq 6% artsa da, aprel ayında İngiltərədə minimum əmək haqqının 9.8% artırılması bu artım tempini daha da sürətləndirə bilər.
Son vaxtlara qədər iqtisadçılar İngiltərədə iyun ayında faiz dərəcəsinin azaldılacağını ehtimal edirdilər. Lakin, davam edən inflyasiya təzyiqləri bu ehtimalların noyabr ayına qədər təxirə salınmasına səbəb oldu.
Bu arada, çərşənbə günü açıqlanacaq aprel ayı ÜDM məlumatlarının birinci rübdəki 0.6%-lik güclü artımdan sonra, yavaşlayacağı proqnozlaşdırılır.
Keçirilən sorğular Leyboristlərin Baş nazir Rişi Sunakın Mühafizəkarlarını məğlub edəcəyini göstərsə də, bəzi iş dünyası liderləri Leyboristlərin Britaniyanın son zəif inkişaf göstəricilərini geri çevirə biləcəyinə şübhə edirlər.
Ötən həftə ərzində 1.2816-a kimi bahalaşan GBPUSD məzənnəsi burada müqavimətlə qarşılaşaraq bir qədər ucuzlaşdı və həftəlik şamını 1.2715 səviyyəsində tamamladı.
“Buğarlar” qiyməti 1.27$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası 1.29$-a kimi davam edə bilər.
Bank of Japan
Yaponiya Mərkəzi Bankının sədri Kazuo Ueda, BOJ cümə günü iki günlük iclasını yekunlaşdırarkən, bankın uzun müddət davam edən kəmiyyət yumşaltma proqramının azaldılmasına işarə etdi.
Cümə axşamı günü sədr Kazuo Ueda BoJ-un onilliklər boyu davam edən stimullaşdırıcı monetar siyasətini dəyişmək üçün böyük istiqraz alışlarını azaltmağın məqsədəuyğun olacağını söylədi və bank rəsmilərinin mart ayında 2007-ci ildən bəri ilk artımını etdikdən sonra faiz artımlarına "ehtiyatla" davam edəcəklərini vurğuladı.
BoJ və Yaponiya hökuməti zəif valyutanın gözlənilən mülayim inflyasiya dövrünü və sabit maaş artımını poza biləcəyindən narahat olsa da, bunun yeni dəstəkləyib-dəstəkləməyəcəyi başqa məsələdir.
OİL
Ötən həftəyə 81.30$ həddindən başlayan “Brent” nefti, həftə ərzində 76.95$-a kimi ucuzlaşsa da, daha sonra bu həddən dəstək taparaq 79.60$-a kimi bahallaşdı və həftəlik şamını bu səviyyədə bağladı.
Cari həftə ərzində “Buğalar” qiyməti 82$-ın üzərinə yüksəldə və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Əksi təqdirdə, “Ayılar”ın mövcud diktəsi artar və eniş tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Ötən həftəyə 2329$ səviyyəsindən başlayan və 2388$-a kimi bahalaşan qızıl, Amerikada proqnozların üzərində açıqlanan əmək bazarı göstəriciləri fonunda 100$ ucuzlaşdı və 2287$ həddini test etdi. “Ayılar” qiyməti 2300$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
7 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
12 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
13 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
13 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
13 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ






.jpg)
.jpg)








.jpg)


