Təbii inhisar subyektləri rəqabət orqanına müvafiq hesabatları və digər sənədləri təqdim etməlidirlər
Dövlət Xidmətində təbii inhisar subyektlərinin nümayəndələri ilə görüş keçirilibİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində təbii inhisar subyektlərinin nümayəndələri ilə görüş keçirilib.
Neft, neft məhsulları, təbii qaz, elektrik və istilik enerjisi, su təchizatı, nəqliyyat (magistral və ümumi əhəmiyyətli avtomobil yolları, dəmir yolu, aeroport və metro), telekommunikasiya sahələrində təbii inhisar subyektlərinin nümayəndələrinin iştirak etdiyi görüş bu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsində müəyyən edilən təbii inhisar sahəsində dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı məsələlərin müzakirəsi məqsədilə təşkil edilib.
Görüş zamanı Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin müdir müavini Şəmsi Rzalı təqdimatla çıxış edərək iştirakçılara təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri, rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Məcəllədə yer alan tələblərə əsasən təbii inhisar subyektləri rəqabət orqanına öz fəaliyyətləri barədə müvafiq hesabatları, habelə rəqabət orqanının sorğusuna əsasən digər hesabatları, investisiya layihələrini, digər sənədləri və məlumatları təqdim etməlidirlər.
Sonda təbii inhisar fəaliyyətinin səmərəli təşkili məqsədilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























