“SOCAR”ın İstanbuldakı ofisinə hücum edənlərin dərdi Fələstin deyil"
“Bu danılmaz bir həqiqətdir ki, Azərbaycanın əldə etdiyi uğurlar təkcə okeanın o tayındakı bəlli gücləri deyil, elə yaxın qonşularımızı da ciddi şəkildə narahat edir. Bu uğurlar, belə deyək ki, hər iki tərəfdə olan bədxahların yuxusunu ərşə çəkir. Son nəticədə də uğurlarımıza kölgə salmaq istəyən bu qara qüvvələr bizə vahid cəbhədən hücum etməyə də çəkinmirlər. Baxmayaraq ki, başqa vaxtı onlar bir-birilərini “şeytan”, yaxud da “terrora dəstək verən” kimi təqdim edirlər. “SOCAR”ın İstanbuldakı ofisinə hücum edənlərin dərdi Fələstin deyil”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, bu dəfə də Azərbaycana eyni ssenari üzrə, eyni koordinatdan hücuma cəhd edilib: “Belə deyək ki, bu qüvvələr yenə də bizə qurşaqdan aşağı zərbə vurmaq istəyiblər. Amma yenə də özləri özlərini ifşa ediblər. Çünki bu qüvvələrin addımları, əslində “dəvəquşu siyasəti”nə bənzəyir”.
V. İskəndərovun sözlərinə görə, mayın 31-də bir qrup fələstinli tərəfdarın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstanbuldakı ofisinin binası qarşısında bu ölkənin İsrailə neft satmasına etiraz olaraq aksiya keçirdiyi barədə sosial şəbəkələrdə məlumatlar və videolar yayılıb:
“Onların fələstinli tərəfdarı olduğu şübhə doğurur. Daha doğrusu, əldə edilən bəzi məlumatlara əsasən “Azərbaycanı İsrailə neft tədarük etməkdə” günahlandıran və SOCAR-ın İstanbuldakı ofisinə vəhşicəsinə hücum edənlər Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalardır.
Təbii ki, bu qruplaşmaların da dərdi Fələstin deyil. Onların çirkin məqsədi Fələstini əldə bayraq edərək Azərbaycan-Türkiyə qardaşlığının nümunəsi olan SOCAR-ı və bütövlükdə qardaş Azərbaycanı Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır”.
Deputat deyib ki, ancaq onların bu cəhdləri iflasa uğrayacaq: “Əvvəla ona görə ki, Türkiyə-Azərbaycan qardaşlığını sarsıltmağa heç bir qüvvənin gücü çatmaz. Digər tərəfdən isə bu təxribatçıların iddialarının tamamilə yalan olduğu gün kimi ortadadır. Çünki SOCAR İsrailə neft satmır. Bu yalan və feyk xəbərdir. Dünya neft bazarında bütün şirkətlər mallarını treyder şirkətlərə satırlar. Treyderlərin nefti kimə satdığına isə şirkətlər nəzarət edə bilmirlər”.
V. İskəndərov əlavə edib ki, bu məsələ başqa bir reallığı da bir daha ortaya qoyub:
“Söhbət başqa vaxtı bir-birinə qənim kəsilən, bir-birini cinə, şeytana, qaniçən terrorçuya bənzədən güclərin, belə deyək ki, hətta ölkələrin Azərbaycana hücum məsələsində dost-qardaş olması, eyni cəbhə də addım atmasıdır. Fikrimi əsaslandırmaq üçün kiçik bir faktı deyim.
Təsəvvür edin ki, Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar əsassız iddialarla cəmiyyəti aldadır və çirkin aksiya keçirirlər. Və okeanın o tayından idarə edilən sayt və radiolar da bu aksiyanı bəh-bəhlə tirajlayırlar.
Halbuki hətta bu aksiyada iddia edilənlər əsaslı olsaydı belə okeanın o tayındakılar müttəfiqləri olan İsraili dəstəkləməli, bu aksiyanı tirajlamamlıydılar. Ancaq biz bunun əksini görürük. Səbəb isə bir daha deyirəm ki, bəllidir. Söhbət Azərbaycana qarşı haqsız hücumlardan gedəndə “şeytan” da, “terrorçu” da unudulur. Daha doğrusu dünənə kimi bir-birilərini bu adlarla ittiham edənlər bu gün eyni cəbhədən boylanırlar”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
13 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
13 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























