SABAH.HUB-da yeniliklər var!
(®) SABAH.HUB İnnovasiya Mərkəzi 2.5 ildir ki, yaranmasına baxmayaraq Azərbaycan innovasiya ekosistemində mühim yer tutur. SABAH.HUB İnnovasiya Mərkəzi fəaliyyətini əsasən aşağıdakı 3 istiqamət üzrə aparır:
- SABAH.academy – ali təhsil müəssisələrində təhsil platforması olaraq sahibkarlıqla bağlı tədris proqramı;
- SABAH.incubation – startap ideyası olan komanda və individualların ideyasını reallaşdırmağa dəstək olan inkubasiya proqramı;
- SABAH.lab – startapların inkişaf və investisiya almasına dəsk olan akselerasiya proqramı.
Aktiv fəaliyyəti davam etdirən SABAH.HUB İnnovasiya Mərkəzi son günlərdə bir sıra yeniliklərə imza atıb. Mərkəz artıq ənənəyə çevrilmiş “STARTUP CAFE” tədbiri çərçivəsində yeni ofisinin açılışını, rəsmi www.sabahhub.com vebsaytının yenilənməsini və 7-ci kohort komandaları üçün növbəti “Demo Day” tədbirinin keçirilməsini qeyd edib.
“STARTUP CAFE” tədbiri həm SABAH.HUB startaplarının, həm də yerli innovasiya ekosisteminin nümayəndələrinin iştirakı ilə baş tutub. “STARTUP CAFE” tədbirində iştirakçılar innovasiya və sahibkarlıq sahəsində təcrübələrini bölüşərək qarşılıqlı əlaqələr qurdular və potensial əməkdaşlıqlar haqqında müzakirələr aparıblar. Bu tədbir yeni ofisin açılışına xüsusi olaraq təşkil olunmuş və iştirakçılara SABAH.HUB innovasiya ekosisteminə verdiyi dəstəyi bir daha nümayiş etdirmək məqsədi daşıyıb.
SABAH.HUB İnnovasiya Mərkəzi, yeni ofisinin açılışı ilə yanaşı, rəsmi sabahhub.com vebsaytını da yeniləib. Yeni dizayn və funksional imkanlarla təmin edilmiş vebsayt, istifadəçilərə unikal və daha funksional həllər təqdim edir. Vebsaytın yeni versiyası vasitəsilə həm startaplar, həm də digər maraqlı tərəflər SABAH.HUB-ın fəaliyyəti, xidmətləri və yenilikləri haqqında daha ətraflı məlumat əldə edə bilərlər. Yenilənmiş vebsayt, istifadəçilərin ehtiyaclarını qarşılamaq və onlara daha yaxşı xidmət göstərmək məqsədi ilə optimallaşdırılmışdır.
Növbəti yenilik olaraq 17 may tarixində SABAH.HUB, 7-ci kohort akselerasiya proqramının startapları üçün “Demo Day” tədbirini keçirib. Tədbirdə yerli və beynəlxalq investorlar, startap komandalar və digər qonaqlar çıxış edib. Tədbir “Baku ID” tədbiri öncəsi hazırlıq xarakeri və mövcud vəziyyətə əsasən ilkin investisiya cəlbi daşıyıb.
Ətraflı məlumat əldə etmək və yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com vebsaytına daxil ola və rəsmi sosial media kanallarını (www.facebook.com, www.instagram.com, www.linkedin.com) izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)






.jpg)






