Rabitəbank-da əmanətiniz qazanc üstə qazanc gətirəcək
(®) Rabitəbank müştərilərinə etibarlı və rahat qazanc əldə etməyə imkan verən manat və dollar əmanətləri üzrə sərfəli kampaniyalar təklif edir.
Bank yaranmasının 31 illiyi ilə əlaqədar olaraq “Universal əmanət” məhsulu üzrə kampaniyaya start verib. Belə ki, Rabitəbank 1 yaş daha böyüməyi münasibətilə müqavilə müddətinin sonunda (hesablanmış faizlərin ödənilmə tezliyindən asılı olmayaraq) manat əmanəti faizinə əlavə 1% hədiyyə edəcək. Üstəlik, 18 ay və daha yuxarı müddətli əmanətlər vergidən tamamilə azaddır. Müştərilərin istəyindən asılı olaraq faizlər aylıq, rüblük və ya müddətin sonunda ödənilə bilər. Əmanət hesabı açmaq üçün minimal məbləğ 200 AZN, müddət isə 3 aydan 36 ayadəkdir.
Qeyd edək ki, kampaniya 31 iyula qədər davam edəcək. “Universal əmanət” məhsulu üzrə kampaniya haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz: https://rbt.az/uemanet
Rabitəbankın əmanətini dollar valyutası ilə saxlamaq istəyən müştərilər üçün sərfəli “Dollar əmanəti” kampaniyası da davam edir. Kampaniya müddətində illik 3,8%-dək əlavə gəlir qazanmaq mümkün olacaq. Əmanət hesabı açmaq üçün minimal məbləğ 200 USD, müddət isə 3 aydan 24 ayadəkdir. Kampaniya 31 maya qədər davam edəcək. “Dollar əmanəti” kampaniyası haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: https://rbt.az/demanet
Kampaniyalardan yararlanmaq istəyən hər kəs bankın istənilən filialına yaxınlaşaraq hesab açdıra bilər. Qeyd edək ki, Rabitəbanka yatırılan bütün əmanətlər Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq qorunur.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
5 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
5 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
5 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
7 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
















.jpg)








