Neft qiymətləri düşüb
Zəif Çin məlumatlarının tələb narahatlıqlarını artırması və investorlar tədarük siyasəti ilə bağlı OPEC+ iclasını səbirsizliklə gözlədiyi üçün neft ucuzlaşıb.Brent nefti cümə günü 1,3 faiz dəyər itirdikdən sonra barreli 82 dollara, ABŞ xam nefti isə 78 dollardan aşağı düşüb.
Marja xəbər verir ki, Çinin zəif kredit və inflyasiya məlumatları hökumətin dünyanın ən böyük neft idxalçısında tələbi artırmaqda çətinlik çəkdiyini göstərib. Bu, riskli aktivlərə, o cümlədən səhmlərə və bəzi əmtələrə təzyiq göstərib.
Təklif cəbhəsində, İraqın neft naziri Hayyan Əbdül Qani həftə sonu Bağdadın hasilatı kifayət qədər azaltdığını və daha çoxunu qəbul etməyəcəyini bildirib. Lakin sonra o, istənilən qərarın OPEC-in işi olduğunu və qrupun qərara əməl edəcəyini deyib. OPEC+qrupunun toplantısı iyunun 1-də keçiriləcək.
Xam neftin qiyməti aprel ayının ortalarından bəri eniş trendindədir. Qiymətlərin bir qədər yüksək olması Yaxın Şərqdəki gərginlik ilə əlaqədardır. Eyni zamanda qarışıq tələb proqnozu da qiymətlərə təsir göstərir.
OPEC üzvləri arasında ikinci ən böyük istehsalçı olan İraq, mövcud hasilat ixtisarını tam şəkildə həyata keçirə bilmədiyi üçün qrupda bəzi narazılıqların mənbəyi olmuşdur. Bununla belə, əksər bazar müşahidəçiləri OPEC+ qrupunun məhdudiyyətləri ikinci yarıya qədər uzatacağını gözləyir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
30 d. əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
-
- 52 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
1 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
İyunun 9-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb










.webp)






.jpg)





