Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edir
İdxalçılar standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması məqsədilə qanunvericiliyə uyğun olaraq tələb olunan müvafiq sənədləri tam şəkildə təqdim etməlidirlər.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə müraciət edir.
Məlum olduğu kimi, 2024-cü il mayın 1-dən etibarən ölçmə vasitələrinin idxalı və ya dövriyyəsi ilə məşğul olan, o cümlədən onları istismar edən fiziki və hüquqi şəxslər standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması üçün müraciətlər Keyfiyyət portalı (https://e-keyfiyyet.gov.az/) vasitəsilə qəbul olunur. Müraciətlərin elektron qaydada edilməsi idxalçılara gömrük rəsmiləşdirməsi zamanı prosedurların sürətli həyata keçirilməsi və xidmətdən qısa müddətdə yararlanmaq imkanını təmin edir.
Dövlət Xidmətinin müşahidələri göstərir ki, bir çox hallarda xidmətdən istifadə edən idxalçılar qanunvericiliyə uyğun olaraq tələb olunan müvafiq sənədləri natamam şəkildə təqdim edirlər. Belə hallar isə öz növbəsində müvafiq icazə sənədinin verilməsində çətinliklərin və gecikmələrin yaranmasına səbəb ola bilər.
Sahibkarların nəzərinə çatdırırıq ki, qanunvericiliyin tələblərinə əsasən, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədilə fiziki və hüquqi şəxslər Dövlət Xidmətinə Keyfiyyət Portalı vasitəsilə ərizə ilə müraciət etməlidirlər. Ərizədə standart nümunənin və ya ölçmə vasitəsinin adı, işarəsi və əsas metroloji xarakteristikaları göstərilməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri, istehsalçı müəssisənin sənədlər dəsti;
istehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat (olduqda);
standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsviri;
standart nümunənin və ölçmə vasitəsinin yoxlama metodikası;
Məlumat üçün bildiririk ki, tipin təsdiqi barədə sertifikatların verilməsi Bakı KOB evində ənənəvi qaydada həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nın 2.15-ci bəndinə əsasən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat idxal zamanı gömrük orqanlarına təqdim olunmalıdır.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir























