Naxçıvanda sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2,5 dəfə artıb
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən maliyyələşdirilən layihələrin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,3 %, verilmiş güzəştli kreditlərin məbləği isə 2,5 dəfə artıb.
Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
A.İsmayılov vurğulayıb ki, sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlçatanlığıdır.
Onun sözlərinə görə, 2023-cü ildə SİF tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib. Bunun 84,8 %-i sənaye məhsullarının istehsalına, 11,7 %-i kənd təsərrüfatına, 3,5 %-i isə xidmət sahələrinə yönəldilib.
"Ötən il muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən real sektora 130,4 milyon manatdan çox kredit verilib ki, bu, 2022-ci ilin müvafiq göstəricisindən 2,7 dəfə çoxdur", - A.İsmayılov bildirib.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























