Dünyada neft və qaz kəşfləri iki dəfə azalıb, xərclər iki dəfə artıb
Keçən il dünyada neft və təbii qaz kəşflərinin cəmi həcmi 2022-ci ilə nisbətən 50 faizdən çox azalaraq 5 milyard barel neft ekvivalentinə düşüb. Kəşfiyyat xərcləri isə təxminən iki dəfə artıb.Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 2024-cü il üzrə illik təbii qaz hesabatından tərtib etdiyi məlumatlara əsasən, keçən il ümumilikdə 5 milyard barel neft ekvivalentində neft və qaz aşkar edilib. Bu kəşflərin 40 faizi təbii qaz (340 milyard kubmetr), 60 faizi isə neft olub.
Marja.az xəbər verir ki, 2022-ci ildə kəşf edilən 10,5 milyard barel neft ekvivalenti ilə müqayisədə qlobal neft və qaz kəşflərinin 52,3 faiz azalması rekord azalma kimi qeydə alınıb.
GECF-in məlumatına görə, ötən il kəşfiyyat işlərinin həcminin azalması təbii qaz və neft üçün kəşfiyyat xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
2022-ci ildə təbii qazın kəşfiyyatının xərci neft ekvivalentinin barreli üçün 2,6 dollar olduğu halda, ötən il bu xərc 5,3 dollara yüksəlib. 2022-ci ildə 3,5 dollar olan neftin kəşfiyyatı xərci ötən il 8,8 dollara yüksəlib.
“Kəşf edilən həcmlərin azalması, kəşfiyyat investisiyalarının 2023-cü ildə 60 milyard dollara çatdırılmasına baxmayaraq, bəzi əsas dəniz kəşfiyyat quyularının məyusedici nəticələri ilə bağlı olub”, - hesabatda deyilir.
Keçən il ümumi kəşflərin 74 faizi dəniz kəşfləri olub. 2022-ci ildə isə bu, 87 faiz olaraq qeydə alınmışdı.
GECF-in məlumatına görə, bu, kəşfiyyat üçün daha böyük xərclərlə nəticələnib və qlobal kəşfiyyat fəaliyyətlərində əlavə çətinlikləri göstərir.
Asiya-Sakit Okean, İndoneziya və Malayziya sahillərində aparılan kəşfiyyat işləri 2023-cü ildə aşkar edilmiş neft və qaz həcmlərinin ən yüksək hissəsini (32 faiz) təşkil etmişdir. Kəşf edilmiş həcmlərin 21 faiz Latın Amerikasının, 11 faizi Avropa və Afrikanın, 10 faiz Yaxın Şərqin payına düşüb.
Ölkələr üzrə, İndoneziya yaxınlığındakı Larayan və Geng North yataqlarında qaz kəşfləri 2023-cü ildə ən mühüm təbii qaz kəşfləri olub. Ardınca Malayziya yaxınlığındakı Sarawak yatağında böyük qaz kəşfləri olub.
Neft baxımından ən mühüm kəşflər Qayana sahillərindəki Lancetfish və Fangtooth yataqlarında yeni neft kəşfləri və Türkiyənin Şehit Aybüke Yalçın quyusunda kəşf olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)


.jpg)











