VTB (Azərbaycan) pərakəndə kreditlərini 14% artırıb
2024-cü ilin birinci rübündə Bank VTB (Azərbaycan)-nın xalis mənfəəti 2 milyon 202 min manat təşkil edib.
Bankın yaydığı press-relizdə bildirilir ki, 31 Mart 2024-cü il tarixində Bank VTB (Azərbaycan)-nın cəmi aktivləri isə 243 milyon 399 min manat təşkil edib.
VTB-nin kredit portfeli 2023-cü ilin birinci rübü ilə müqayisədə 18% artıb. Həmçinin pərakəndə kreditləşməsində də 14% artım qeydə alınıb, biznes kreditləri isə 20,5%, ipoteka kreditləşməsinin artımı 21% təşkil edib.
2024-cü ilin birinci rübünün sonunda məcmu kapitalın adekvatlığı əmsalı 38,26 (norma 12), I dərəcəli kapitalın adekvatlığı isə 36,58 (norma 6) təşkil etmişdir. Leverec əmsalı 32,72% (norma 5%) təşkil edib.
Bankın kapitalı 93,352 milyon manat olmaqla, illik ifadədə 2,5% artmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankının minimum tələblərini 87% üstələyib.
VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, https://vtb.az rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
5 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
5 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























