"Xalq Həyat Sığorta Şirkəti" 5 illiyini qeyd edib
“Xalq Həyat Sığorta Şirkəti" ASC fəaliyyətinin 5 illiyini qeyd edib.
Şirkətin Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə 15 mart 2019-cu il tarixində fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib. Həyat sığortası sahəsində həm icbari həm də könüllü sığorta növü üzrə xidmətlər təklif edən şirkət 15 milyon manat nizamnamə kapitalına malikdir.
“Xalq Həyat Sığorta” şirkəti 5 illik fəaliyyəti müddəti ərzində bir sıra uğur və nailiyyətlər əldə edib. Şirkət qısa zamanda ərzində uğurlu fəaliyyəti ilə Azərbaycanın həyat sığortası bazarının brend oyunçusuna çevrilə bilib. 2019-cu ilin mart ayından başlayaraq “Xalq Həyat” uğurlu maliyyə göstəriciləri ilə bazarın ən dinamik şirkəti olaraq liderlik mövqeyi nümayiş etdirib.
Beş illik fəaliyyətinin 2 ili pandemiya dövrünə düşməsinə baxmayaraq, “Xalq Həyat” şirkəti iqtisadi fəaliyyətin durğunlaşdırğı həmin çətin dövrdə tam komanda şəkilində çalışaraq fəaliyyətini uğurla davam etdirmişdir.
Rəhbərliyin düzgün istiqamətə yönəltdiyi strategiya xətti qısa zaman ərzində şirkətin əsas maliyyə göstəricilərinin artmasına, o cümlədən yığım portfelinin kəskin şəkildə genişlənməsinə, eləcə də peşəkar və çevik bir komandanın yaranmasına gətirib çıxarıb. Bu müddət ərzində yığımlarının həcminin kəskin artması, müştərilərə vaxtında və operativ qaydada verilən sığorta ödənişləri “Xalq Həyat”ı bazarın etibarlı şirkətinə çevirib.
Hazırda şirkətin 70-ə yaxın işçisi var və bu peşəkar komandanın çevik və müştəriyönümlü olması nəticəsində cari ilin ilk iki ayı ərizndə 1,5 milyon manata yaxın sığorta haqqı toplanılıb. Şirkət yalnız porfel genişləndirmək siyasətini deyil, eyni zamanda müştəri məmnuniyətini səviyyəsini daha da artırmaq niyyətindədir.
Müştəri məmnuniyyətinin artırılması sahəsində aparılan uğurlu addımlardan biri də müştərilər üçün yaradılan onlayn şəxsi kabinet layihəsidir. Şirkət müştərilərin vaxtına dəyər verərək onlar üçün Həyatın Yaşam Sığortası məhsulunun əlçatanlığını tam təmin etmişdir.
Digər uğurlu işlərdən biri isə "Xalq Həyat"ın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza sisteminə də qoşulmasıdır. Bundan sonra, “Xalq Həyat”ın müştəriləri şirkətin veb-saytındanşəxsi kabinet səhifəsinə keçid edərək “SİMA İmza” vasitəsilə “Həyatın yaşam sığortası” xidmətini rahatlıqla əldə edə bilərlər. Artıq bunun üçün müştərilərin sığorta şirkətinə getməsinə, sənədləşmə işlərinə vaxt sərf etməsinə və fiziki imza çəkməsinə ehtiyac qalmayacaq. Belə ki, sənədlərin “SİMA İmza” vasitəsilə uzaqdan elektron formada imzalanması müştəri məlumatlarının anında təsdiqlənməsini və xidmətin əlçatanlığını təmin edir. Bu isə müştərinin vaxtına qənaət etməsinə imkan yaradır.
Təcrübə göstərir ki, sığorta şirkəti üçün ən yüksək etibarlılıq göstəricisi zərərçəkmiş müştəriyə sığorta ödənişlərinin vaxtında və operativ qaydada həyata keçirilməsidir. Beş illik fəaliyyəti dövründə indiyədək “Xalq Həyat” sığorta şirkəti ilə bağlı hər hansı bir şikayət qeydə alınmayıb. Şirkət fəaliyyətini tam şəffaflıq prinsipləri üzərində quraraq bazarın ən etibarlı həyat sığortaçısı lokomotivinə çevrilməyi hədəfləyir.
Bununla yanaşı, “Xalq Həyat Sığorta” Şirkəti ASC bu müddət ərzində həm yerli həm də xarici bazarda fəaliyyət göstərən etibarlı tərəfdaşlarla da əməkdaşlığını uğurla davam etdirib. Şirkət qəbul etdiyi risklərin bir hissəsini təkrarsığorta sahəsində dünya üzrə tanınmış Almaniyanın aparıcı şirkətlərindən olan “GenRe” ilə bölüşür.
Azərbaycan sığorta bazarında müştəri yönümlü bir şirkət kimi tanınan “Xalq Həyat” eyni zamanda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, “Azərbaycan Sığortaçılar Assosiasiyası” və “İcbari Sığorta Bürosu”nun aktiv üzvlərindəndir.
Səhmləri 100 faizi “Xalq Sığorta” ASC-yə məxsus olan “Xalq Həyat” şirkəti hazırda fəalaiyyətini uğurla davam etdirir. Şirkət korporativ müştərilərlə yanaşı fərdi müştərilərə bazar şərtlərinə uyğun şəkildə sərfəli sığorta məhsulları təqdim edir.
Şirkətin təqdim etdiyi sığorta növləri sırasına “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
21 d. əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
28 d. əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 53 d. əvvəl
-
1 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
1 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
1 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza





















