Azərbaycan və İran enerji əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edib
Tehranda Azərbaycan və İranın energetika nazirlərinin görüşü olub. Azərbaycan və İran Xudafərin körpülərinin bərpasını müzakirə edib.İran İslam Respublikasında səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.
Məhdud və geniş tərkibdə keçirilən görüşlərdə iki ölkə arasında elektroenergetika sahəsində aktual əməkdaşlıq məsələləri müzakirə edilib. Nazirlər Araz çayı üzərində “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsinin icra vəziyyəti, həmçinin Birgə Texniki Komissiya və İşçi Qrupu çərçivəsində həyata keçirilən proseslərə dair fikir mübadiləsi aparıblar. Hidroqovşaqlar üzrə işlərin tamamlanma mərhələsində olmasından məmnunluq ifadə edilib, tezliklə “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqlarının açılış mərasiminin keçiriləcəyi bildirilib. Həmçinin elektrik stansiyalarının inşası ilə bağlı məsələlərin tezləşdirilməsinin vacibliyi vurğulanıb, prosesin sürətləndirilməsi razılaşdırılıb. Su ehtiyatlarından istifadə, həmçinin tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə İran tərəfi ilə birgə tədbirlərlə bağlı məsələlər müzakirə edilib.
Görüşdə Araz çayı üzərində 36 MVt gücündə Ordubad SES-in inşasını sürətləndirəcək tədbirlərin görülməsi, həmçinin Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə əməkdaşlığın hazırkı vəziyyəti nəzərdən keçirilib. Qısa müddətdə üçtərəfli görüşün keçirilməsi qərara alınıb. Söhbət zamanı elektrik enerjisinin mübadiləsi, həmçinin tranziti üzrə əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub. Əməkdaşlıq gündəliyində olan prioritet layihələrin inkişafı istiqamətində qarşılıqlı səylərin gücləndirilməsi razılaşdırılıb.
Yekunda görüşün nəticələrinə dair mətbuat konfransı keçirilib.
XXX
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdədir.
Tehranda Pərviz Şahbazov həmkar Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşləri olub. Bunu "X" sosial şəbəkəsində Pərviz Şahbazov bildirib.
"Xudafərin və Qız Qalası hidroqovsaqları və su elektrik stansiyasıları, Ordubad SES layihələrinin icrası, Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması, elektrik enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin körpüsünün bərpası məsələlərini müzakirə etdik",- nazir qeyd edib.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 19 saat sonra
-
-
3 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
4 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 4 saat əvvəl
-
4 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb




















