Azərbaycanda 64 mindən çox şirkət qeyri-aktivdir
Martın 1-nə olan məlumata görə, Azərbaycanda kommersiya qurumlarının (şirkətlərin) sayı 178 min 323-ə çatıb. Onlardan 114 min 305-nin (64,1%-nin) fəaliyyəti aktiv, 64 min 18-nin (35,9%-nin) fəaliyyəti isə qeyri-aktiv olub.2024-cü ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 531 min 963 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,8 faiz (ümumi artımın 86,6 faizi), hüquqi şəxslərin sayı isə 8,3 faiz (ümumi artımın 13,4 faizi) artıb.
Təhlil aparılan dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya qurumlarının sayı 178 min 323 vahid təşkil edib və müqayisə edilən dövr ərzində 9 faiz artıb.
2024-cü ilin yanvar-fevral aylarında 2 min 62 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 1857-si yerli investisiyalı, 205-i isə xarici investisiyalı müəssisələrdir. Bu dövrdə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 85,7 faiz təşkil edib. Bu ilin iki ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 200 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 9,5 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 10,3 faiz təşkil edib.
Ümumiyyətlə, 2024-cü ilin yanvar-fevral aylarında icra olunmuş elektron qeydiyyat ərizələrinin 1392-si və ya 88,6 faizi Asan imza vasitəsilə təqdim olunub.
Mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb, 22 min 768 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.
Hesabat dövründə dövlət qeydiyyatında olan 178 min 323 kommersiya qurumundan 114 min 305-nin fəaliyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,8 faiz artıb, xüsusi çəkisi isə 1,6 faiz yüksələrək 64,1 faiz təşkil edib. 2024-cü ilin mart ayının 1-nə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) vergi ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz, kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı isə 14,2 faiz artıb.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
13 d. əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
22 d. əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
- 26 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
44 d. əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
47 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 57 d. əvvəl
-
1 saat əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
-
1 saat əvvəl
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















