"PAŞA Kapital"ın dövriyyəsi 217% artıb
10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır.
Şirkətin yaydığı məlumatda bildirilir ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.
Bakı Fond Birjası tərəfindən 2024-cü ilin fevral ayı üçün açıqlanan hesabata əsasən "PAŞA Kapital" 5 milyard 114 milyon manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti mövqeyində möhkəmlənib. Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Repo bazarları və korporativ istiqrazları üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib.
Kapital bazarları üzrə fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin ötən ilin müvafiq dövrü ilə müqayisədə repo əməliyyatları üzrə ticarət həcmində 349%, Mərkəzi Bankın notları üzrə 79% və Maliyyə Nazirliyinin istiqrazları üzrə isə 62% artım qeydə alınıb. Həmçinin, korporativ istiqrazların ilkin yerləşdirilməsi üzrə 180 milyon manat dəyərində ticarət əməliyyatı həyata keçirilib. Onu da qeyd edək ki, şirkətin ümumi dövriyyə həcmi keçən ilin fevral ayı ilə müqayisədə 217% çoxdur.
Şirkət yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və korporativ müştərilərə investisiya xidmətləri göstərir. Eləcə də brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, eləcə də marja ticarəti sahəsində öz xidmətlərini təklif edir. Belə ki, "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, gələcək illər üçün də investisiya xidmətlərinin daha geniş investor kütləsi üçün əlçatan olmasını əsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




