Starbucks-ın operatorundan ixtisar planı - BAYKOT ŞƏBƏKƏNİ VURDU
Starbucks-ın Yaxın Şərqdəki əməliyyat hüquqlarının sahibi (françayzi), Küveytdə yerləşən "Alshaya Group" şirkəti, İsrailin Qəzzaya davam edən hücumları ilə əlaqədar olaraq boykot hədəfinə çevrilən qəhvə şəbəkəsinin regional şöbələrindəki iş yerlərini ixtisar etmək qərarına gəlib.
"Son 6 ayda getdikcə çətinləşən ticarət şərtləri nəticəsində Starbucks Yaxın Şərq və Şimali Afrika mağazalarımızda işçilərin sayını azaltmaq üçün təəssüf doğuran və çox çətin qərar qəbul etdik", -"Alshaya Group"un açıqlamasında deyilir.
Marja.az xəbər verir ki, açıqlamada qrupun 25 ildən artıqdır ki, Starbucks-ın bölgədəki lisenziyalı ortağı olduğu, işdən çıxarılan işçilərə və onların ailələrinə lazım olan dəstəyin veriləcəyi bildirilib.
Starbucks qəhvə şəbəkəsinin 11 Yaxın Şərq və Şimali Afrika ölkəsində 1900-dən çox mağazası və 19 mindən çox işçisi var.
İsrailin Qəzza zolağına hücumlarını dəstəkləyən bəyanatlar verən və yardım göndərən beynəlxalq şirkətlər bir sıra ölkədə boykot edilir.
ABŞ-ın qəhvəxana şəbəkəsi Starbucks, McDonald's, Pizza Hut, KFC, Domino's, Unilever və Nestle kimi şirkətlər etirazlar və boykot kampaniyaları ilə üzləşən Qərb brendləri arasındadır.
Yaxın Şərqdəki qarşıdurmalar boykotların hədəf aldığı şirkətlərin balans hesabatlarında əks olunmağa başlayıb. Starbucks-ın gəliri keçən ilin son 3 ayında artsa da, bazar gözləntilərindən aşağı olub.
Starbucks rəhbərləri şirkətin balans hesabatı açıqlandıqdan sonra keçirdikləri yığıncaqda Qəzzadakı müharibənin bölgədəki şöbələrində müştəri axını və satışlara əhəmiyyətli dərəcədə mənfi təsir etdiyini bildiriblər.
"Alshaya Group" dünyanın aparıcı brend françayzinq operatorlarından biridir.
Starbucks iddiaları təkzib edir. Bildirilir ki, Starbucks qeyri-siyasi bir təşkilatdır. Nə Starbucks, nə də şirkətin keçmiş direktoru Howard Schultz heç bir şəkildə İsrail hökumətinə və/və ya İsrail Ordusuna maliyyə dəstəyi göstərmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)






.jpg)








