Ötən il torpaqlarla bağlı 9 minə yaxın pozuntu aşkarlanıb - 67 %-i özbaşına zəbtdir
2023-cü ildə Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində 17 414 monitorinq keçirilib, 8 642 pozuntu aşkar edilib.
Bunu 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.
Onun sözlərinə görə, pozuntuların 67 %-i torpaqların tikinti məqsədilə özbaşına zəbt edilməsi, 29 %-i torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, 2 %-i torpağın münbit qatının qeyri-qanuni daşınması, 1 %-i əkin sahələrinin yandırılması, 1 %-i isə Xəzər dənizinin sahilboyu 20- 50 metrlik zolağının zəbt edilməsi ilə bağlı olub.
Bundan başqa, M.Eynullayev qeyd edib ki, ötən il aşkar olunmuş pozuntularla bağlı əvvəlki illə müqayisədə 26 % az - 1 596 protokol tərtib olunub, 24 % az - 747 min manat cərimə tətbiq edilib, Daxili İşlər Nazirliyinə 12 % az - 1 913 iş göndərilib, 75 % çox - 352 torpaq sahəsi (458,9 hektar) əvvəlki vəziyyətinə qaytarılıb.
Ötən il 881 hektar torpaq sahəsinin təyinatı dəyişdirilib
Mətin Eynullayev bildirib ki, 2023-cü ildə Azərbaycanda 22 rayon üzrə 54 müraciət əsasında 2,7 min hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məqsədilə sərəncam layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Onun sözlərinə görə, ötən il 19 rayon üzrə 42 müraciət əsasında 881,2 hektar torpaq sahəsinin kateqoriyası və məqsədli istifadə təyinatı dəyişdirilib.
Bundan başqa, M.Eynullayev deyib ki, il ərzində 40 rayon üzrə 395 müraciət əsasında 48 min hektar dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsinə razılıq verilib, 34 rayon üzrə 243 müraciət əsasında 5,5 min hektar dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə verilməsinə müsbət rəy verilib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















