Güclü qar Cəlilabadın kəndlərini işıqsız qoyub
Güclü qar Cəlilabad şəhərinin bir hissəsi və rayonun 90 kəndini işıqsız qoyub.
Bu barədə Cəlilabad Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, Cəlilabad rayonunda yağan güclü qarın fəsadları və elektrik enerjisinin verilişində yaranmış fasilələrlə bağlı problemlər həll edilir.
Bildirilib ki, yanvar 23-dən Cəlilabad rayonuna aramsız yağan güclü qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər gündəlik və mütəmadi şəkildə davam etdirilir. Cəlilabad Rayon İcra Hakimiyyətində yaradılan Qərargah gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Görülmüş operativ tədbirlər nəticəsində şəhər və kəndlər arasında avtomobil yolları qardan təmizlənib, nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yaranmayıb. Şəhər ərazisində avtomobil yolları tamamilə qardan təmizlənib.
Qarın yağması nəticəsində elektrik təsərrüfatına ciddi ziyan dəyib. Belə ki, yanvarın 24-ü gecə saatlarında 10 kV-lıq elektrik hava xətlərinin 15 ədəd işıq dirəyi aşıb, 150 yerdən xətt qırılmaları olub, 3000 metr naqil sıradan çıxıb. Eyni zamanda, 0.4 kV-lıq paylayıcı elektrik hava xətlərində 50 ədəd işıq dirəyi aşıb, 700 yerdən xətt qırılmaları olub, 5000 metr naqil sıradan çıxıb. Həmçinin, 50 ədəd transformatorda qoruyucular yanıb. Nəticədə Cəlilabad şəhərinin müəyyən hissələrinə və rayonun 90 kəndinə elektrik enerjisinin verilişi dayanıb. Qəzaların əsasən meşəlik ərazilərdə, hərəkətin mümkünsüz olduğu əkin və relyefcə çətin yerlərdə baş verməsi yaranmış vəziyyətə müdaxilə olunmasına çətinliklər yaradıb.
Görülmüş operativ tədbirlər nəticəsində “Azərişıq” ASC tərəfindən rayona 5000 metr 10 kV-lıq elektrik xətləri üçün naqil, 45 ədəd elektrik dirəyi, 5000 metr 0.4 kV-lıq üçün SİP naqil, 100 ədəd dirək göndərilib. “Azərişiq” ASC-dən və regionlardan işlərin yerinə yetirilməsi üçün 7 ədəd kran, 10 ədəd yolsuzluq maşını, 5 ədəd xüsusi avadanlıqlarla təchiz olunmuş avtomobil, 50 nəfərdən ibarət qəza briqadası rayona ezam olunub.
Operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanvarın 25-də Cəlilabad şəhəri də daxil olmaqla 65 kəndə elektrik enerjisinin verilişi təmin olunub. 25 kəndə isə elektrik enerjisinin verilməsi, 10 və 0.4 kV-lıq hava xətlərində yaranmış qəzaların tam aradan qaldırılması üçün “Azərişıq” ASC-nin Cəlilabad Elektrik şəbəkəsi tərəfindən işlər davam etdirilir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 saat sonra
-
-
10 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
11 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
12 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















