Daha bir şirkətin bazar dəyəri 3 trilyon dolları ötdü
ABŞ-ın texnologiya nəhənglərindən olan Microsoft-un bazar dəyəri ilk dəfə 3 trilyon dolları keçib.Bir il ərzində səhmləri 68 faizdən çox dəyər qazanan Microsoft şirkətinin bir səhminin qiyməti bu gün 1 faizdən də çox artaraq 404,78 dollara çatıb. Beləliklə, Microsoft-un bazar dəyəri 3,01 trilyon dollara çatıb.
Marja.az xəbər verir ki, bu bazar dəyəri ilə Microsoft 3,03 trilyon dollarlıq bazar dəyəri olan Apple-dan sonra dünyanın ikinci ən dəyərli şirkəti olub.
Çərşənbə günü Microsoft-un səhmlərindəki bahalaşma, rəqəmsal yayım platforması Netflix-in dünən maliyyə nəticələrini açıqlamasından sonra texnologiya səhmlərinin bahalaşması ilə müşayiət olunub. Texnologiya səhmlərinin üstünlük təşkil etdiyi Nasdaq indeksi 1 faizdən çox dəyər qazanıb.
İlk dəfə 1986-cı ildə Microsoft-ın bazar dəyəri 1 milyard dollara çatmışdı.
"Microsoft"un səhmlərinin bahalaşması, son vaxtlar süni intellekt işlərinə diqqət yetirməsi ilə diqqət çəkib. İnvestorların Microsoft-un süni intellekt sərmayələrinə müsbət reaksiyası nəticəsində şirkətin səhmləri ilin əvvəlindən 7 faizdən çox bahalaşıb.
Analitiklər Microsoft-un məhsuldar süni intellektlə bağlı mövqeyinin daha da gücləndiyini və şirkətin yanvarın 30-da açıqlanacaq balansının investorların diqqət mərkəzində olduğunu qeyd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)









