Türkiyənin ilk astronavtının kosmosa səyahəti başlayıb
Türkiyənin ilk kosmik səyyahı Alper Gezeravcının da olduğu SpaceX-in kosmik gəmisi Floridadakı Kennedi Kosmik Mərkəzindən uğurla buraxılıb.Türkiyəli astronavtın kosmosa səyahəti başlayıb.
Marja.az xəbər verir ki, Ax-3 missiyasının üzvü Alper Gezeravcının kosmos səyahəti ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindəki "Launch Complex 39A"dan buraxılması ilə başlayıb.
SpaceX-in Dragon kapsulunu Beynəlxalq Kosmik Stansiyaya (BKS və ya ISS) daşıyacaq Falcon 9 raketi canlı geri sayımdan sonra buraxılıb.
Uzunluğu 70 metr, diametri 3,7 metr və çəkisi təxminən 550 ton olan Falcon 9 raketi aşağı Yer orbitində 22 min kiloqram, geostasionar ötürmə orbitində 8 min 300 kiloqram, Marsda isə 4 min kiloqram faydalı yük daşımaq qabiliyyətinə malikdir.
Təzyiqli bölgəsində hava axını ilə 7 nəfər və ya bərabər miqdarda yük daşıya bilən 8,1 metr uzunluğundakı Dragon kapsul, təzyiqsiz arxa hissəsində də yük daşıya bilən bir kosmik gəmi olaraq dizayn edilmişdir.
Gezeravcı 14 gün ərzində Beynəlxalq Kosmik Stansiyayasında müxtəlif elmi missiyaları yerinə yetirmək üçün kosmosda xidmət göstərəcək.
Həmçinin Ax-3 missiyasına ABŞ və İspaniyanı təmsil edən missiya lideri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və Avropa Kosmik Agentliyi adından iştirak edən isveçli Markus Wandt daxildir.
Gezeravcı kosmosdakı ilk cümləsində Atatürkün sözlərindən sitat gətirərək “Gələcək göylərdədir” deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)




