Kartof əkən fermer “Çipsi” istehsalını planlaşdırır
Qazax rayonundakı Birinci Şıxlı kəndli-fermer təsərrüfatında 211 hektar sahədə 11 növ kartof əkilib və hazırda texnikalar vasitəsilə faraş sortların yığılmasına başlanılıb.
Təsərrüfatın direktor müavini Anar Yusubov deyib: “Məhsuldarlığımız çox yüksəkdir. Hazırda sahələrdən “Marabel” sortu yığılır. Bir hektar ərazidən 40-45 tona yaxın məhsul toplanılır. Gələcəkdə kartof sahələrini daha da genişləndirəcəyik”.
Hazırda kartof sahələrində qızğın iş gedir. Gündəlik sahədə çalışan bir kənd sakini ay ərzində təxminən 300-400 manat əmək haqqı alır. Bir ailədən 2-3 nəfərin çalışdığını nəzərə aldıqda isə bu rəqəm 900-1000 manat civarında olur.
Təsərrüfatın rəhbəri Tərlan Hüseynov qeyd edib ki, birinci dəfə kartof əkdiklər üçün satışı yerli bazarlarda aparırlar. Gələcəkdə isə məhsul xarici bazarlara çıxarılacaq.
Gələn ildən təsərrüfatda “Çipsi” kartof sortlarının da becərilməsi nəzərdə tutulub ki, bunun da nəticəsində “Çipsi” istehsalı planlaşdırılıb.
Gündəlik sahədə çalışan insanların sayı hazırda 120-150 nəfər təşkil edir. Bu da öz növbəsində yaxın kəndlərdə yaşayan insanların iş yeri ilə təmin olunması deməkdir.
Qeyd edək ki, kəndli-fermer təsərrüfatında kartofçuluqla bərabər tütün, qarğıdalı, çuğundur və taxıl da becərilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






