"AFB Bank"-ın 2023-cü ildə aktivləri 17% artıb
Xalis mənfəəti isə 7.6 milyon manat təşkil etmişdir.Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2023-ci ildə aktivlərini 17% artırmışdır. Xalis mənfəəti isə 7 milyon 653 min manat təşkil etmişdir.
Bu Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, “AFB Bank”ın ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 5.5%, depozit portfeli isə 36%, qiymətli kağızlara investisiyalar isə keçən il 18.8 milyon manatdan 41.6 mln manat məbləğinə yüksələrək 2 dəfədən çox artmışdır.
2023-cü ildə ipoteka portfelimiz isə ötən il ilə müqayisədə 30%, fiziki şəxslərin müddətli əmanətləri keçən il 3.5 milyon manatdan 16.8 milyon manatadək yüksələrək 5 dəfəyə yaxın artmışdır.
Cari ildə xalis faiz gəlirləri üzrə 19.5 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 5.5 milyon gəlir əldə edilib.
Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 10%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 2.3% təşkil etmişdir.
Geridə qoyduğumuz ildə AFB Bank tərəfindən Dövlət büdcəsinə toplam 6 milyon 130 min manat həcmində vəsait daxil olmuşdur.
Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 38% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, AFB bankda 33% olmuşdur.
Qeyd edək ki, bankın məcmu kapitalı 78 863 min manat təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)











