Daha bir bankın böyüklüyü 500 milyon manat səviyyəsini keçib
"Expressbank"ın maliyyə vəziyyəti açıqlanıb"Expressbank" ASC 2023-cü ili 12 milyon 15 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 12 milyon 409 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin cüzi azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırılan vəsait ilə əlaqədardır. Ötən il Bankın əməliyyat mənfəəti 2 milyon 559 min manat artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "Expressbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 76 milyon 631 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 58 milyon 87 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 18 milyon 543 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 2 milyon 657 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırıb və 3 milyon 871 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Expressbank"ın cəmi əməliyyat gəlirləri 66 milyon 697 min manat, cəmi əməliyyat xərcləri 50 milyon 712 min manat, əməliyyat mənfəəti 15 milyon 985 min manat təşkil etmişdi. Eyni zamanda, eyhiyatdan qayıdan 605 min manat mənfəətə əlavə edilmişdi. Bank 16 milyon 590 min manat mənfəətindən 4 milyon 181 min manat mənfəət vergisi ödəmişdi.
2023-cü ildə "Expressbank"ın cəmi gəlirləri 9 miylon 934 min manat, cəmi xərcləri 7 milyon 375 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti də 2 milyon 559 min manat daha çox olub.
ÖTƏN İL AKTİVLƏRİ 123 MİLYON MANATDAN ÇOX ARTIB
Ötən il "Expressbank"ın cəmi aktivləri 123 milyon 272 min manat və ya 28,2% artaraq 31 dekabr 2023-cü il tarixində 560 milyon 228 min manata çatıb. Ötən il ik dəfə Bankın cəmi aktivləri 500 milyon manat səviyyəsini keçib.
İPOTEKA PORTFELİ KƏSKİN ARTIB
Ötən il "Expressbank"ın cəmi kredit portfeli 112 milyon 169 min manat və ya 37,8% artaraq 409 milyon 253 min manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 29 milyon 993 min manat artaraq 189 milyon 362 min manata, biznes kreditləri portfeli 17 milyon 548 min manat artaraq 113 milyon 393 min manata, ipoteka kreditləri portfeli 64 milyon 628 min manat artaraq (2,5 dəfə) 106 milyon 498 min manata yüksəlib.
BANKDA DEPOZİTLƏR ARTIB
Ötən il "Expressbank"da depozitlər 37 milyon 304 min manat artaraq 230 milyon 411 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 897 min manat artaraq 152 milyon 135 min manata, hüquqi şəxslərin depozitləri isə 36 milyon 406 min manat artaraq 78 milyon 276 min manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində "Expressbank" 127 milyon 825 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 126 milyon 544 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
9 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
9 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
11 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"






.jpg)
.jpg)




.jpg)







