"Naxçıvanbank" 2023-cü ili xalis mənfəət ilə başa vurub
"Naxçıvanbank" ASC 2023-cü ili 13 milyon 130 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 13 milyon 54 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il "Naxçıvanbank"ın xalis mənfəəti 76 min manat artıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "Naxçıvanbank" ASC cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 28 milyon 83 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 12 milyon 952 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 130 min manat təşkil edib. Eyni zamanda aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 1 milyon 534 min manat qayıdıb və Bankın mənfəəti 16 milyon 665 min manata yüksəlib. Bank mənfəətindən 3 milyon 535 min manat mənfəət vergisi ödəyib.
2022-ci ildə "Naxçıvanbank" ASC cəmi əməliyyat gəlirləri 27 milyon 101 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 974 min manat, əməliyyat mənfəəti 17 milyon 126 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 633 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmış, 3 milyon 439 min manat mənfəət vergisi ödəmişdi.
Beləliklə, ötən il "Naxçıvanbank" ASC-nin əməliyyat gəlirlərinin 982 min manat artmasına qarşı, əməliyyat xərcləri 2 milyon 978 min manat artıb. Nəticədə, Bankın əməliyyat mənfəəti 1 milyon 996 min manat azalıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan ayrılan vəsait bu azalmanı bağlayıb.
31 dekabr 2023-cü il tarixində "Naxçıvanbank" ASC 206 milyon 208 min manat cəmi aktivlərə, o cümlədən 130 milyon 719 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər), 63 milyon 418 min manat depozit portflelinə malik olub. Bank 2022-ci ili sonunda 346 milyon 462 min manat cəmi aktivlərə, 173 milyon 623 min manat kredit portfelinə, 155 milyon 416 min manat depozit portfelinə malik idi. Ötən il "Naxçıvanbank"ən cəmi aktivləri 140 milyon 255 min manat, kredit portfeli 42 milyon 905 min manat, depozit portfeli 91 milyon 998 min manat azalıb.
Keçən il "Naxçıvanbank"ın qiymətli kağızlara investisiyaları 64 milyon 757 min manat azalaraq 17 milyon 719 min manata geriləyib.
31 dekabr 2023-cü il tarixində "Naxçıvanbank" ASC 50 milyon 997 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 102 milyon 564 min manat məcmu kapitala malik idi. Ötən il Bankın nizamnamə kapitalı isə 50 milyon manat azalaraq 94 milyon manatdan 44 milyon manata düşüb.
Qeyd edək ki, "Naxçıvanbank" ASC-nin aktivlərində və məcmu kapitalındakı azalma ötən il Bankın portfelinin bir hissəsinin "Kapital Bank"a ötürülməsilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 15 d. əvvəl
-
32 d. əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
45 d. əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 48 d. əvvəl
-
1 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
2 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
2 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma







.jpg)






.jpg)








