Qlobal bazarlarda son vəziyyət
Dünya Bankının dünən dərc etdiyi hesabatı fonunda dollar major valyutalar qarşısında korrektiv olaraq bahalaşıb.
Verilən məlumatlara əsasən, təşkilat ABŞ-ın 2024-cü ildə iqtisadi artım proqnozunu 1.6%-ə qaldırıb, 2025-ci ildə isə 1.7%-ə endirib. Qeyd olunur ki, Amerika iqtisadiyyatı 2024-cü ildə 1.6% artacaq. Bu da, 2023-cü ilin iyun ayında dərc olunan əvvəlki proqnozdan 0.8 bənd yüksəkdir.
ABŞ-ın 2025-ci il üçün ÜDM artımı proqnozu əvvəlki göstərici ilə müqayisədə 0.6 bənd azalaraq 1.7%-ə endirilib. Qurumun məlumatlarına əsasən, 2023-cü ildə ABŞ iqtisadiyyatı 2.5% artıb.
Həmçinin Amerikanın neft institutunun neft ehtiyatları ilə bağlı həftəlik hesabatının proqnozların üzərində açıqlanması fonunda “qara qızıl”-ın bir qədər dəyəri artıb. OILUK və OILUS müvafiq olaraq 77.90$ və 72.50$ səviyyələrində ticarət olunurlar.
Bugün investorların diqqət mərkəzində Bakı vaxtı ilə saat 18:15-də İngiltərə Mərkəzi Bankının sədri Beylinin baş tutacaq çıxışı olacaq. Eləcə də, ABŞ-dan neft ehtiyatları ilə bağlı göstəricilər də marağla gözlənilən hadisələrdəndir.
Məlumat İnvest-AZ İnvestiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 11 d. əvvəl
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
5 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir













.jpg)




