ABŞ "Boeing 737 MAX 9" təyyarələrinin uçuşlarını dayandırıb
ABŞ “Boeing 737 MAX 9” tipli təyyarələrin uçuşlarının müvəqqəti dayandırılmasına qərar verib.ABŞ Federal Aviasiya Administrasiyası (FAA) sərnişin təyyarəsinin havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən təcili eniş etməsindən sonra bəzi "Boeing 737 MAX 9" tipli təyyarələrin uçuşlarının müvəqqəti dayandırılmasına qərar verib.
Marja.az xəbər verir ki, FAA-nın verdiyi açıqlamada, ABŞ hava yolları tərəfindən və ya ABŞ sərhədləri daxilində istifadə edilən bəzi "Boeing 737 MAX 9" tipli təyyarələrin müvəqqəti olaraq yerə endirilməsi əmri verildiyi bildirilib.
Təyyarələrdə lazımi yoxlamalar aparılacaq.
Açıqlamada bu qərarın dünya üzrə təxminən 171 təyyarəni əhatə edəcəyi qeyd edilib.
Alyaska Hava Yollarına məxsus təyyarə təcili eniş edib
Yanvarın 5-i axşam saatlarında ABŞ-ın Alyaska Hava Yollarına məxsus "Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsi havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən məcburi eniş edib.
Oreqondan Kaliforniyaya gedən təyyarə havaya qalxdıqdan təxminən 35 dəqiqə sonra təcili eniş etməli olduğu halda, gövdə parçasının qopduğu hissədə sərnişinlərin olmadığı bildirilib.
Alaska Hava Yolları tərəfindən edilən yazılı açıqlamada, təyyarənin 171 sərnişin və 6 kabinə işçisi ilə təhlükəsiz eniş etdiyi açıqlanıb.
Açıqlamada 65 ədəd “737 MAX 9” tipli təyyarənin müvəqqəti olaraq yoxlanılmaq üçün istifadədən çıxarılacağı, yoxlamaların bir neçə gün davam edəcəyi təxmin edildiyi bildirilib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmaya başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








