“Siemens” şirkətinin rəhbər heyəti Bakıda səfərdə olub
Yenidən qurulacaq yarımstansiyanın avadanlıqları Azərbaycana göndərilibAvstriyanın “Siemens” şirkətinin rəhbərliyi və texniki mütəxəssislərindən ibarət qrup Bakı metropolitenində işgüzar səfərdə olublar.
Bakı metropolitenin yaydığı məlumatda bildirilir ki, son illərdə enerji sahəsində səmərəli əməkdaşlıq aparılan şirkətin təmsilçilərinin səfərində əsas məqsəd birgə layihələr əsasında istismara verilən qurğu və avadanlıqların birgə monitorinqini keçirmək, proqram təminatını yeniləmək, həmçinin inşa edilən və yenidən qurulan obyektlərin təchizatı, eləcə də digər perspektiv planları müzakirə etmək olub.
“Siemens”lə əməkdaşlıq çərçivəsində “Nərimanov” elektrik deposunda 2 yeni, Qırmızı xətti qidalandıran bir dartı, “İçərişəhər” və Bənövşəyi xəttin “8 Noyabr” stansiyalarında quraşdırılmış və ən müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalara baxış keçirilib.
Şirkətin Azərbaycan nümayəndəliyinin də əməkdaşlarının iştirak etdiyi görüşlərdə yarımstansiyalarda qurulmuş elektrotexniki avadanlıqların monitorinqi nəticəsində elektrik təchizatı avadanlıqlarının iş rejimi və keyfiyyəti də yoxlanılıb.
Qarşıdakı dövrdə icra olunacaq planlara əsasən, “28 May” yarımstansiyasının yenidən qurulması, tikilməkdə olan şərti adı “B-04” olan yarımstansiyanın təchizatı, proqram təminatı ətrafında texniki işlərin yekun mərhələsi üzrə işlər də diqqət mərkəzində olub.
“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayevin rəhbərliyi ilə metropolitenin rəhbər və mütəxəssis heyəti, “Siemens”in rəhbəriyinin nümayəndələri Hannes Rottvanql və Riçard Paynbauer, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Azər Quliyevlə birgə müşavirələrdə aktual məsələlər, həmçinin gələcəkdə inşası nəzərdə tutulan və ən irimiqyaslı layihələrdən biri kimi “Dərnəgül” elektrik deposunun elektrik təchizatı ətrafında tövsiyə xarakterli təcrübə və fikir mübadiləsi aparılıb.
Onu da əlavə edək ki, səmərəli əməkdaşlığın daha bir nümunəsi yaxın dövrlərdə “28 May” yarımstansiyasının yenidən qurulması olacaq. Yarımstansiyanın qurğu və avadanlıqları artıq Azərbaycana yola salınıb. 2024-cü ildə yarımstansiyanın tam fərqli formatda qurulması nəzərdə tutulub. Bu xüsusda dövrün artan enerji tələbatı, müasir standartların tələbləri və digər texniki məsələlər xüsusi nəzərə alınıb. Quraşdırma işlərinə başlanarkən, ictimaiyyətə geniş məlumat təqdim ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
-
1 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
- 1 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Ən çox oxunanlar
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir






.jpg)
.jpg)









.jpg)




