Azərbaycanın şirkətlər qrupu Tatarıstanda 155 milyon dollarlıq layihələr planlaşdırır
Layihələr istixana kompleksləri və ət kombinatıdır.Azərbaycanın "Asera Group" şirkəti Tatarıstanın Kukmor rayonunda (RF) ümumi dəyəri 155 milyon dollar olan kənd təsərrüfatı sahəsində layihələr həyata keçirməyi planlaşdırır. Bu barədə "Asera Group" şirkətinin təsisçisi Əli Elvin məlumat verib.
"Elvin İnvestorlar Klubunun iclasında bildirib ki, respublika ərazisində iki layihənin həyata keçirilməsi planlaşdırılır: istixana kompleksləri və ət kombinatı. Meydança olaraq Kukmor rayonu seçilib. Layihələrin hər birinin I mərhələsinə qoyulan investisiyalar müvafiq olaraq 75 milyon dollar və 80 milyon dollar olacaq", - Rusiya mətbuatı xəbər verir.
"Biz Tatarıstanda biznesin inkişafı üçün bir çox müsbət məqamlar görürük. Tatarıstan bizə yaxın respublikadır, biz burada inkişaf etmək və layihələri həyata keçirmək istəyirik", - Elvin qeyd edib.
Onun sözlərinə görə, ət kombinatının tikintisi layihəsi çərçivəsində ətin dərin emalı üzrə innovativ müəssisənin yaradılması nəzərdə tutulur. Eyni zamanda, istehsalın tamamilə qalıqsız olması planlaşdırılır.
"İri buynuzlu mal-qaranın tamamilə bütün hissələrindən istifadə ediləcək, innovativ məhsul emal və əldə ediləcək", - Elvin əlavə edib ki, həmçinin "halal" standartlarına uyğun məhsulların istehsalı planlaşdırılır.
Elvinin sözlərinə görə, şirkət ümumilikdə Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə yüzdən çox layihə həyata keçirib.
"A-SERA GROUP" istixana sektorunda aparıcı şirkətdir. Şirkət müxtəlif növ müasir tipli şüşə, polietilen və polikarbon istixana sistemlərinin tikintisində təcrübəyə malikdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 30 d. əvvəl
-
- 36 d. əvvəl
- 45 d. əvvəl
-
56 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)




.jpg)


.jpg)






