ABB-nin dəstəyi ilə “Sərhədsiz istedadlar” sərgi-yarmarkası keçirildi
(®) DOST Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı, UNICEF Azərbaycan, Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə BDU-da fiziki məhdudiyyətli yaradıcı gənclərin əl işlərinin sərgi-yarmarkası təşkil olunub.
Tədbir “Sərhədsiz istedadlar” devizi altında keçirilib.
Bərabər imkanların təmin olunmasına və inklüzivliyə xidmət edən bu faydalı tədbirə dayanıqlı inkişaf məqsədlərinə sadiq qalaraq ABB də tərəfdaşlıq köməyi göstərib.
Sərgi-yarmarka çərçivəsində təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxslərinin iştirakı ilə qısa toplantı olub. Toplantıda layihənin məqsədləri barədə məlumat verilib. Bildirilib ki, belə bir sərgi-yarmarkanın təşkilində əsas niyyət fiziki məhdudiyyətli yaradıcı gənclərin istedadını üzə çıxarmaq, onlarda müxtəlif özünüinkişaf proqramlarına marağı artırmaqdır.
Sərgi-yarmarka zamanı müxtəlif təhsil müəssisələrində, o cümlədən peşə məktəblərində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq reablitasiya mərkəzlərinin proqramlarında təhsil alaraq yaradıcı qabiliyyətlərini inkişaf etdirən ayrı-ayrı gənclər öz əsərlərini sərgiləyiblər. Tədbirdə “DanceAbility Azərbaycan” inklüziv rəqs qrupu da ifalarla çıxış edib. Ayrı-ayrı gənclərin uğur hekayələri dinlənilib. Tədbirdə fiziki məhdudiyyətli gənclərin əl işləri üzrə müsabiqənin təşkili, innovativ ideyalar əsasında startap müsabiqələrinin keçirilməsi, həmçinin bu gənclərin sosial fəallığını dəstəkləyən digər təşəbbüslər irəli sürülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)







