AccessBank 8,5 milyon manat “yaşıl kredit“ cəlb etdi - SAZİŞ İMZALANIB
AccessBank və Global Climate Partnership Fund Azərbaycanda yeni “yaşıl iqtisadiyyat“ təşəbbüsünə start verirlər(®) Azərbaycanda mikro, kiçik və orta biznesin (MKOB) maliyyələşdirilməsində lider olan AccessBank və responsAbility Investments AG tərəfindən idarə edilən Global Climate Partnership Fund S.A arasında 8,5 milyon AZN dəyərində kredit razılaşması imzalanıb.
Bu barədə Marja-ya AccessBank -dan bildirilib.
Müqaviləyə əsasən, kredit vəsaitləri Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin enerji səmərəliliyi və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinin təşviqinə yönəldiləcək.
Beşillik proqram, AccessBank-ın “yaşıl kredit” imkanlarını inkişaf etdirməyə yönəldiləcək və kredit vəsaitlərinin Azərbaycanda “yaşıl layihələrə” yönəldilməsinə şərait yaradan, GCPF tərəfindən maliyyələşdirilən texniki yardım və məsləhət dəstəyini təmin edir.
“AccessBank olaraq Global Climate Partnership Fund S.A. təşkilatı ilə imzalanan müqavilə əsasında Azərbaycanda yenilik etməyimizdən çox məmnunuq. Bu addım bizim maliyyə dayanıqlığına sadiqliyimizi əks etdirməklə, Azərbaycanda ”yaşıl təşəbbüslərin” imkanlarının genişləndirilməsi və ekoloji sabitliyin təmin edilməsinə imkan verir”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirdi.
“Azərbaycanın “yaşıl iqtisadi” transformasiyanı sürətləndirmək öhdəliyi ölkəni karbonsizləşdirmə və iqtisadiyyatın şaxələndirilməsinə doğru aparması gözlənilən bir sıra iqlim siyasəti islahatlarının başlanmasına səbəb olub. AccessBank-ın innovativ baxışı və iqlimə uyğun kreditləşmə həllərini genişləndirmək öhdəliyi ilk görüşdən bizi heyran etdi. Bankın MKOB seqmentlərində güclü mövqeyi Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyinə investisiyaları stimullaşdırmaq üçün unikal platforma təqdim edir. Biz bankın “yaşıl kredit” səyahətini dəstəkləmək üçün fərdi məsləhətlər və texniki yardım təqdim etməyi səbirsizliklə gözləyirik”, - deyə responsAbility Investments AG-nin Maliyyə İnvestisiyaları və İqlim Maliyyəsi departamentinin rəhbəri Daid Diaz Formidoni bildirib.
Gözləntiləri nəzərə alaraq, AccessBank və Global Climate Partnership Fund (GCPF) arasında əməkdaşlıq həlledici rol oynayır. Baş ofisi Lüksemburqda yerləşən, responsAbility Investments AG şirkəti tərəfindən idarə edilən GCPF 2009-cu ildə Almaniyanın Federal Ətraf Mühit Nazirliyi, KfW Entwicklungsbank və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yaradılmış fonddur. Dövlət və özəl sektorların tərəfdaşlığını təmin edən GCPF, enerji effektivliyi və bərpa olunan enerji mənbələrinin genişləndirilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi vasitəsilə yeni yaranan və inkişaf edən bazarlarda iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması ilə məşğuldur. Fond, enerjiyə əhəmiyyətli dərəcədə qənaət etməkl yanaşı, istixana qazlarının proqnozlaşdırılan tullantılarının ən azı 20% azaldılmasına yönəlmiş təşəbbüslərə hədəflənib.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 47 d. əvvəl
-
55 d. əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 59 d. əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Ən çox oxunanlar
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti




















