Qurğuşun külçələr istehsal edən Azərbaycan şirkəti yarımillik maliyyə göstəricilərini açıqladı
Qurğuşun tullantıların utilizasiyası, qurğuşun külçələrin istehsalı və ixracı ilə məşğul olan "Az-Lead" şirkəti 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 570 min dollar xalis mənfəət ilə başa vurub. Qeyd edək ki, "Az-Lead" MMC 2021-ci ili 1 miylon 579 min dollar, 2022-ci ili 1 milyon 598 min dollar xalis mənfəət ilə bağlamışdı.
Marja.az Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısınında "Az-Lead" şirkətinin satışdan gəlirləri 4 milyon 691 min dollar olub.
2022-ci ildə "Az-Lead" şirkətinin satışdan gəlirləri 11 milyon 454 min dollar təşkil etmişdi.
Əgər 2023-cü ilin ikinci yarısında "Az-Lead" şirkətinin satış və mənfəət dinamikası ilin birinci yarısındakı məbləğlər civarında olarsa, onun gəlirləri və mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə düşə bilər.
Qurğuşun külçələr satan "Az-Lead" MMC 100% "İndart Holding"MMC-yə məxsusdur.
Qeyd edək ki, "Az-Lead" şirkəti istiqraz buraxılışı yolu ilə investorlardan illik 13% dərəcəsi ilə 1 milyon manat borc alıb.
Həmçinin, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) da “Az-Lead” şirkətinə 4,2 milyon ABŞ dollarına qədər kredit ayıracağı barədə məlumat açıqlanmışdı.
30 İyun 2023-cü il tarixində "Az-Lead" MMC 5 milyon 87 min dollar cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 5 milyon 943 min dollar cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım











.jpg)


.jpg)










