Yoxlamalar aparılır, uyğunsuzluq aşkarlanan dönərxanalar bağlanır
Qida Təhlükəsizliyi Agentliyinə vətəndaşlardan daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrdə paylaşımlar və mediada dərc olunmuş məlumatlar müvafiq qaydada təhlil edilərək, bu sahədə araşdırmaların miqyası daha da genişləndirilib.
Agentlik dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələrini açıqlayıb.
Noyabr ayının ilk ongünlüyündə keçirilən monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsində uyğunsuzluq aşkarlanmış aşağıda adları qeyd olunan dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən növbəti plandankənar yoxlamalar həyata keçirilib:
- Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 7A ünvanında fəaliyyət göstərən dönərxana;
- Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində (160 nömrəli marşrut xəttinin son dayanacağı) fəaliyyət göstərən “Kral Dönər”;
- Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 2 ünvanında fəaliyyət göstərən “Stop Dönər”;
- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 122 ünvanında fəaliyyət göstərən dönərxana;
- Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında fəaliyyət göstərən "Şaurma" restoranı;
- Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Z.Əliyev küçəsi 27Q ünvanında fəaliyyət göstərən "Doneritto" restoranı;
- Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında fəaliyyət göstərən "Dönər Storm";
- Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Sədərək TM, Zona 3, korpus 15, mağaza 127 ünvanında fəaliyyət göstərən "Ordubad" kafesi.
Yoxlama zamanı qida blokunda çalışan işçi personaldan, qidaların hazırlanması sahələrində səthlərdən, alət və ləvazimatlardan, doğrama lövhələrindən, dönər şişlərindən, “Çiy toyuq əti dönəri”, “Çiy mal əti dönəri”, “Bişmiş toyuq əti dönəri”, “Bişmiş mal əti dönəri” və digər məhsullardan nümunələr götürülüb. Müayinələr nəticəsində “S.Aureus”, “E.Coli”, “Salmonella” aşkarlanıb.
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda qida obyektlərində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 54 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)



.jpg)








