Prezident yolların açılışında
Avqustun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.
Bildirilib ki, Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Beləliklə, layihənin həyata keçirilməsi nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsindən şəhərə daxil olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətlərində hərəkət etməklə avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral yollarına çıxışı təmin ediləcək. Bu isə öz növbəsində Bakının avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.
Bu yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının şimal hissəsində sahil boyu salınıb. Yolun uzunluğu 13,5 kilometrdir. Layihəyə uyğun olaraq ikizolaqlı yolun hərəkət hissəsinin eni 9 metrdir. Sahil boyunca bəzi ərazilərdə mövcud yolun eni genişləndirilib. Həm Novxanı, həm də Pirşağı qəsəbələrindən keçən hissələrində yolun eni 3-4 metrdən 9 metrə çatdırılıb. Bəzi ərazilərdə isə yol tamamilə yeni tras üzrə inşa olunub. Belə ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyunca yeni piyada səkiləri də tikilib. Yolun bu cür müasir səviyyədə inşası ilk növbədə nəqliyyatın hərəkətinin yüksək səviyyədə təmini, bu istiqamətdə baş verə biləcək tıxacların qarşısının alınması, Bakı şəhərinin qəsəbələrinin və kəndlərinin sakinlərinin sosial məsələlərinin həlli baxımından böyük rol oynayır. Layihənin icrası həm də paytaxtın dənizkənarı turizm məkanlarına daha tez və rahat çatmaq, turizm sektorunun inkişafına dəstək vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Pirşağı-Novxanı avtomobil yolu Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biridir. Avtomobil yolunun tikintisi texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.
Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonra dövlətimizin başçısı yenidən qurulan Binəqədi-Novxanı-Corat avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq bu il ölkəmizdə reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri çərçivəsində bu yol da müasir səviyyədə yenidən qurulub. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 12,5 metrədək genişləndirilib. Yol iki gediş, iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdır.
Layihə çərçivəsində Novxanı qəsəbəsindən keçən hissədə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri də aparılıb. Yolun müxtəlif hissələrindəki kəsişmələrdə yeni dairələr inşa olunub. Bu isə hərəkətin intensivliyini və təhlükəsizliyini təmin etmək üçün mühüm rol oynayır. Bundan başqa, Novxanı qəsəbəsində dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülər də əsaslı şəkildə yenidən qurulub, onların eni 7 metrdən 12,5 metrə qədər genişləndirilib.
Qeyd edək ki, bu avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramışdı və yol boyu dağılmış hissələr yaranmışdı. Üstəlik, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə də maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılıb. Bu layihənin icrası nəticəsində 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb.
Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 17 saat əvvəl
-
18 saat əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
1 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
1 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
1 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
1 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 1 gün əvvəl
-
1 gün əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Ən çox oxunanlar
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
























