Miqrasiya Xidməti və MEDİA media nümayəndələri üçün seminar keçirib
Dövlət Miqrasiya Xidmətinin (DMX) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media” mövzusunda seminar keçirilib.
MEDİA-dan Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, media nümayəndələrinin miqrasiya sahəsində məlumatlılığının artırılması məqsədilə təşkil olunan tədbirdə DMX və MEDİA rəsmiləri, media nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiyanın daha səmərəli idarə edilməsində cəmiyyətin, eyni zamanda medianın aktiv iştirakının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Xidmət rəisi media nümayəndələri, vətəndaş cəmiyyəti, elmi dairələr, özəl sektor, miqrant icmaları və digər maraqlı tərəflər arasında ideya və təcrübə mübadiləsinin miqrasiya sahəsində çətinlikləri müəyyən etmək, innovativ metodlardan istifadə etmək, habelə miqrasiya siyasətində kompleks yanaşmanı təmin etmək üçün vacib bir vasitə olduğunu vurğulayıb. Medianın miqrasiya fenomeninin daha yaxşı və düzgün başa düşülməsində, habelə cəmiyyətdə miqrasiya ilə bağlı yanlış təsəvvürlərin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra Xidmət rəisi “Azərbaycanda miqrasiya idarəçiliyi” mövzusunda ətraflı təqdimatla çıxış edib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov birgə seminarda Azərbaycanda miqrasiya idarəçiliyi, bu sahədə əsas konseptlər, qlobal miqrasiya trendləri, Xidmətin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər, o cümlədən media məlumatlılığı və peşəkar media fəaliyyətinin təşkili ilə bağlı təqdim ediləcək çıxışların media təmsilçiləri üçün faydalı olacağını qeyd edib. Əhməd İsmayılov Agentlik tərəfindən media nümayəndələrinin peşəkarlığının artırılması və ixtisaslaşmasının təmin edilməsi üçün çoxsaylı təlimlərin həyata keçirildiyini və bugünkü birgə seminarın da sahəvi jurnalistikanın inkişafı istiqamətində xüsusi əhəmiyyətini vurğulayıb, seminarın işinə və hər bir iştirakçıya uğurlar arzulayıb.
Seminar çərçivəsində Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova, Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva, həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları - Aygül Abbaszadə və Elvin Məmmədov miqrasiya üzrə əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri, media məlumatlılığı və peşəkar media fəaliyyətinin təşkili, Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər mövzusunda təqdimatlarla çıxış ediblər.
Səmərəli müzakirələr mühitində davam edən seminarın sonunda xatirə şəkili çəkilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
5 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
5 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























