Airbnb süni intellekt şirkətini 200 milyon dollara aldı
Airbnb, Siri-nin həmtəsisçisi Adam Cheyer və Siamak Hodjat tərəfindən qurulan süni intellekt şirkəti GamePlanner.AI-ni 200 milyon dollara satın alıb.Yaşayış evlərinin kirayəsi xidmətləri göstərən onlayn texnologiya platforması Airbnb, süni intellekt şirkəti GamePlanner.AI-ni 200 milyon dollara aldığını açıqlayıb.
Marja xəbər verir ki, Airbnb-nin həmtəsisçisi və baş direktoru Brayan Cozef Çeski bildirib ki, GamePlanner komandası diqqətini seçilmiş süni intellekt layihələrinin sürətləndirilməsinə və inteqrasiyasına yönəldəcək.
O, əlavə edib: “Süni intellekt hər hansı digər texnologiyadan daha sürətli dəyişəcək, lakin biz onun insanlıq üçün müsbət imkanlar yaradacağına əmin olmalıyıq. Mən inanıram ki, Adam və onun komandası ilə (GamePlanner.Aİ) birlikdə süni intellekt üçün ən yaxşı interfeyslərdən bəzilərini inkişaf etdirə bilərik".
Çeski bu yaxınlarda Airbnb üçün süni intellektlə bağlı məqsədləri açıqlayıb və deyib ki, o, səyahətçilər haqqında məlumata malik və onlara uyğunlaşan səyahət məsləhətçisi yaratmaq üçün süni intellektdən istifadə etmək istəyir.
GamePlanner.AI-nin həmtəsisçilərindən biri olan Adam Cheyer, Apple tərəfindən alınan süni intellekt köməkçisi Siri-ni inkişaf etdirən şirkətin qurucusu və əvvəllər Apple-da iPhone qrupunda direktor vəzifəsində çalışmış mühəndis idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)






