“Muğan Bank”ın kreditorları onlayn qaydada qeydiyyatdan keçə biləcəklər!
Ləğv prosesində olan “Muğan Bank” ASC-nin kreditorları artıq Kreditorların Elektron Portalı vasitəsilə tələblərini onlayn qaydada qeydiyyatdan keçirə biləcəklər.
Əmanətlərin Sığortalanması Fondundan Marja-ya verilən məlumata görə, ləğv prosesində olan “Muğan Bank” ASC-nin kreditorları axtarış sistemində public.adif.az yazaraq portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər. Portala daxil olan hər bir istifadəçi ləğv prosesində olan “Muğan Bank” ASC-nin “Kreditor qeydiyyatı” bölməsinə daxil olub əlavə olunacaq sənəd və məlumat xanalarını düzgün şəkildə doldurduqdan sonra tələbinin qeydiyyatını tamamlaya bilər. Tələbin qeydiyyatı tamamlandıqdan sonra tələbini qeydiyyatdan keçirən şəxsin mobil telefon nömrəsinə tələbin qeydiyyatının statusu haqqında məlumatı əks etdirən sms daxil olacaq. Habelə tələbin qeydiyyatının statusu barədə məlumat portalın “Sorğularım” bölməsinə daxil olmaqla da əldə edilə bilər. Kreditorlar həftənin 7 günü, günün 24 saatı, heç yerə getmədən, vaxtlarına qənaət edərək onlayn qaydada portala daxil olub ləğv prosesində olan banka qarşı tələblərini qeydiyyatdan keçirə bilərlər.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu bankların ləğv prosesini şəffaf şəkildə həyata keçirmək, ləğv prosesində olan bankların kreditorlarını vaxtında məlumatlandırmaq, kreditorlarla əlaqələri genişləndirmək, habelə onların maraqlarını qorumaq məqsədilə daha öncə Kreditorların Elektron Portalını ərsəyə gətirib və ictimaiyyətə təqdim edib.
Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib, iflas proseduruna başlanılıb və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub. 27 oktyabr 2023-cü il tarixdən etibarən ləğv prosesində olan “Muğan Bank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılıb.
Ləğv prosesində olan “Muğan Bank” ASC–nin kreditorlarından 25 dekabr 2023-cü il tarixədək tələblərini Kreditorların Elektron Portalından istifadə etməklə və ya bankın aşağıda qeyd edilmiş ünvanda yerləşən Baş ofisinə yaxınlaşmaqla qeydiyyatdan keçirmələri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B.
Əlaqə: (+994) 941.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
3 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
3 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















