“İnternet bankçılıq üzrə əməliyyatların həcmi 15 % artaraq 172 milyarda çatıb”
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 % artaraq 172 milyard manat təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərivəsində təşkil olunan konfransda deyib.
"Mobil bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi isə 2,4 dəfə artaraq 18,5 milyard manat olub", - deyə T. Kazımov əlavə edib.
Azərbaycan Mərkəzi Bankı qapalıdan açıq bankçılığa keçid hədəfini açıqlayıb
Qapalı bankçılıqdan açıq bankçılığa keçid və daha sonra açıq maliyyə konsepsiyasına keçidin reallaşdırılması Azərbaycan Mərkəzi Bankının (AMB) əsas hədəfidir.
Bunu AMB-nin sədri Taleh Kazımov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərivəsində təşkil olunan konfransda deyib.
Onun sözlərinə görə, bu maliyyə institutlarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tədbirlərin gücləndirilməsini zəruri edir: “Maliyyə bazarında kiberdayanıqlılığın və informasiya təhlükəsizliyinin gücləndirilməsi, risklərə qarşı adekvat nəzarət mexanizmlərin tətbiqi və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması kimi məsələlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir".
© “Report”
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)




.jpg)






