“Microsoft” gəlirlərini və xalis mənfəətini açıqlayıb
Təqvimində 30 sentyabr 2023-cü il tarixində başa çatan 3 aylıq dövrü (iyul-sentyabr) 2024-cü maliyyə ilinin birinci rübü hesab edən Microsoft, balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, şirkətin gəlirləri bu dövrdə keçən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 56,5 milyard dollara çatıb. Microsoft 2022-ci ilin eyni dövründə 50,1 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti eyni dövrdə 27% artaraq 22,3 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 17,6 milyard dollar olmuşdu.
Microsoft-un keçən ilin iyul-sentyabr dövründə 2,35 dollar olaraq hesablanan səhmbaşına xalis mənfəəti bu il 2,99 dollar olaraq qeydə alınıb.
Microsoft-un Baş direktoru Satya Nadella, süni intellekt çağını bütün dünyada insanlar və müəssisələr üçün reallaşdırdıqlarına diqqət çəkərək, "Müştərilərimiz üçün məhsuldarlığı artırmaq üçün texnologiyanın hər bir sahəsində süni intellekti sürətlə inteqrasiya edirik",- deyib.
Microsoft Baş Maliyyə Direktoru Amy Hud da şirkətin bulud bölməsinin gəlirinin əvvəlki ilə nisbətən 24 faiz artaraq 31,8 milyard dollara çatdığını və maliyyə ilinə güclü bir başlanğıc təmin etdiyinə diqqət çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)

