"PAŞA Bank Gürcüstan"ın 2023-cü ili xalis mənfəətlə başa vuracağı gözlənilir
2023-cü ilin ilk 6 ayını "PAŞA Bank Gürcüstan" 1 milyon 599 min manat xalis zərər ilə, "PAŞA Bank Türkiyə" isə 856 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az-ın məlumatına görə, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bu gün keçirilən mətbuat konfransında bidirib.
Süleymanov qeyd edib ki, 2023-cü ilin sonunda "PAŞA Bank Gürcüstan"ın xalis mənfəətə çıxacağı gözlənilir.
"PAŞA Bank" Azərbaycan isə 2023-cü ilin ilk 6 ayında 120 milyon 146 min manat xalis mənfəət əldə edib.
"PAŞA Yatırım Bankası” A.Ş. (PAŞA Bank Türkiyə) korporativ və kommersiya bankçılığı, investisiya bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq və digər bank xidmətləri göstərir.
"PASHA Bank Georgia” SC (PAŞA Bank Gürcüstan korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank, kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, svap, opsion) internet bankçılığı və digər məhsullar təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
4 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
4 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















