“Brent” markalı neftin qiyməti 92 dolları aşıb
Dünən ABŞ-da proqnozların üzərində açıqlanan pərakəndə satışların və sənaye istehsalının həcminə dair göstəricilər fonunda dollar major valyutalar qarşısında qısamüddətli artım meyilləri göstərdi. Lakin bugün səhər saatlarından etibarən eniş tendensiyası davam edir.
“Brent” markalı neftin qiyməti 2 oktyabr tarixindən etibarən bugünə kimi ilk dəfədir 92$ həddini aşıb. İnvestorlar geosiyasi risklərə diqqət yetirməklə yanaşı, həmçinin Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatlarına dair məlumatlarını qiymətləndirirlər.
Bugün Bakı vaxtı ilə saat 10:00 və 13:00-da müvafiq olaraq Böyük Britaniyadan və Avropadan açıqlanacaq İstehlak Qiymətləri İndeksi, həmçinin saat 13:00-da AMB-ın sədri Kristin Laqardın çıxısı investorların diqqət mərkəzində olacaq.
Eləcə də ABŞ-da tikinti sektoruna dair statistik məlumatlar və ölkənin neft ehtiyatlarında dəyişikliklə bağlı göstəricilər birjalarda qiymətlərin formalaşmaslına təsir edə bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
6 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















