Sahibkarlar və şirkətlər sabit telefon (məftilli) xidmətinə qoşulmaq üçün nə etməlidir?
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatıÖlkə ərazisində sabit telefon (məftilli) xidməti vətəndaşlara iki təbii inhisar subyekti - “Aztelekom” İB və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən göstərilir. Vətəndaşlar sabit telefon xidmətindən istifadə üçün məhz bu subyektlərə müraciət etməlidirlər.
Sabit telefon xidmətinə necə qoşulmaq olar?
Sabit telefon (məftilli) xidmətindən istifadə etmək üçün ilk növbədə müvafiq operatora şəbəkəyə qoşulmaqla bağlı müraciət olunmalıdır. Qanunvericiliyə əsasən, operator müraciət edən şəxsə qoşulma üçün texniki imkan barədə 3 iş günündən gec olmayaraq məlumat verir. Bundan sonra operator ilə müraciət edən şəxs arasında şəbəkəyə qoşulmaya dair müqavilə bağlanılır. Operator, provayder texniki imkanlarına uyğun olan telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, belə xidmətin göstərilməsinə dair müqavilə bağlamaqdan imtina edə bilməz.
Abunəçilər əhali və qeyri-əhali kateqoriyalarına bölünür. Əhali kateqoriyasına aid olan abunəçi yaşayış evlərində və mənzillərində yaşayan, xidmətdən qoşulma müqaviləsinə uyğun təyinatı üzrə istifadə edən və abunə haqqını əhali kateqoriyası üçün müəyyən edilmiş tariflə ödəyən fiziki şəxs hesab edilir. Digər abunəçilər isə qeyri-əhali kateqoriyasına aid edilir.
Xidmətə qoşulmaq üçün hansı sənədlər lazımdır?
Sabit telefon xidmətinə qoşulmaq üçün bu sənədlər tələb olunur:
- Fərdi abunəçilər - 1) mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi; 2) mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);
- Fiziki şəxslər (Fərdi sahibkarlar) – 1) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN; 2) şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;
- Hüquqi şəxslər - yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
Abunəçi ilə qoşulma müqaviləsi bağlandıqdan və qoşulma haqqı ödənildikdən sonra operator müqavilədə müəyyən edilən müddətdən gec olmayaraq telefon xəttinin və aparatının şəbəkəyə qoşulmasını təmin etməlidir.
Məlumat üçün bildirək ki, telekommunikasiya vasitələrinin quraşdırılmasına başlanılan ərazilərdə qoşulma əvvəlcədən sənədləşdirilə bilər. Bu halda qoşulma haqqı ödənildikdən sonra qoşulma müqaviləsində göstərilən müddətdən gec olmayaraq abunəçinin xidmətdən istifadə etməsi təmin olunmalıdır.
Qeyd edək ki, son telekommunikasiya avadanlığı texniki normaların tələblərinə uyğun olmaqla, abunəçinin istədiyi yerdə quraşdırılır. Texniki imkan olduqda əlavə telefon çəkilməsinə hər hansı məhdudiyyət qoyulmur.
Xidmətə qoşulma haqqı nə qədərdir?
Sabit telefon (məftilli) xidməti üzrə şəbəkəyə qoşulma haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. Belə ki, şəbəkənin son nöqtəsindən 100 metrədək məsafədə xidmətə qoşulma müraciət edən şəxs tərəfindən sadəcə qoşulma haqqı ödənilməklə operator tərəfindən həyata keçirilir. Qoşulma məsafəsi 100 metrdən artıq olduqda, 100 metrdən artıq olan hissə üçün operator tərəfindən hazırlanan smetaya uyğun xərclər də qoşulma haqqına əlavə olaraq müraciət edən şəxs tərəfindən ödənilir.
Vurğulayaq ki, abunəçilərin şəhər və rayon daxili sabit telefon (məftilli) danışıqları ödənişsizdir. Lakin hər iki kateqoriyadan olan abunəçilər operatorlar tərəfindən göstərilən xidmətə görə aylıq abunə haqları ödəyirlər. Abunə haqqı cari ayın 5-dək ödənilir. Cari ay ərzində istifadə edilmiş xidmətlərin haqqı isə növbəti ayın 5-dək ödənilir. Aylıq abunə, xidmət üzrə qoşulma, yenidən qoşulma, ölkədaxili danışıq, beynəlxalq danışıq və digər göstərilən xidmətlər üzrə tariflər Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. Həmin xidmətlərin dəyəri müvafiq tariflərə uyğun olaraq aylıq hesablanır və ödənilir. Hazırda qüvvədə olan rabitə xidmətlərinin tarifləri barədə məlumatı Tarif Şurasının saytına (http://tariff.gov.az/?/az/content/69/) keçid etməklə əldə etmək olar.
Xidmətə qoşulma müqaviləsi hansı hallarda ləğv edilə bilər?
Qoşulma müqaviləsi abunəçinin müraciəti əsasında və ya abunəçi qoşulma müqaviləsi ilə müəyyən olunmuş şərtləri pozduqda ləğv edilə bilər.
Sabit telefon xidmətinə qoşulma zamanı qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı hansı quruma müraciət etmək olar?
Təbii inhisar subyektlərinin, o cümlədən sabit telefon xidmətini təklif edən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. İstehlakçılar sabit telefon (məftilli) xidmətinə qoşulma zamanı qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
3 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?























