Azərbaycanın qeyri-neft/qaz iqtisadiyyatının 2027-də 100 milyardı keçəcəyi gözlənilir
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60,0 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ümumi daxili məhsulunun (ÜDM) real ifadədə 1,9 faiz artaraq 119,6 milyard manat, o cümlədən qeyrineft/qaz ÜDM-in real ifadədə 4,0 faiz artaraq 77,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz azalacağı gözlənilir.
Marja.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Qeyd edilib ki, proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir.
Neft-qaz sektorunun ölkə iqtisadiyyatında xüsusi çəkisinin tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-n eft/qaz sektoruna transformasiya olunması ilə 2027-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının 78,7 faizə qədər artacağı proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.
ləndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcəkdir. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülmüşdür.
İnflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artımı ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcəkdir. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi gözlənilir.
2023-cü ildə əsas kapitala olan investisiyalarda 7,7 faiz, ortamüddətli dövrdə isə orta illik 1,6 faiz artım olacağı proqnozlaşdırılır. Qarşıdakı dövr ərzində neft-qaz sektoru üzrə olan investisiyalarda azalma, digər sahələr üzrə isə artım müşahidə ediləcəkdir. Belə ki, digərsahələr üzrə investisiyalar 2023-cü ildə 13,4 milyard manat proqnozlaşdırıldığı halda, 2027- ci ildə 16,9 milyard manata yüksələcəkdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)





.jpg)





