Azərbaycanda iqtisadi artım sürətlənib
İqtisadi artımın sürəti 0,7 faizdən 0,8 faizə yüksəlib.Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı ilə bağlı məlumatları açıqlayıb.
2023-cü ilin yanvar-avqust aylarında ölkədə 80 milyard 96,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,6 faiz artmışdır.
ÜDM istehsalının 42,4 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 7895,0 manata bərabər olmuşdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu.
Sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,0 faiz artmışdır.
Sənaye məhsulunun 68,6 faizi mədənçıxarma sektorunda, 26,2 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 97,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 80,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 faiz, poliqrafiya məhsullarının istehsalı 30,1 faiz, kağız və karton istehsalı 27,2 faiz, içkilərin istehsalı 26,7 faiz, tikinti materiallarının istehsalı 26,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 23,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,9 faiz, hazır metal məmulatlarının istehsalı 17,0 faiz, maşın və avadanlıqların istehsalı 14,9 faiz, neft məhsullarının istehsalı 13,0 faiz, qida məhsullarının istehsalı 11,2 faiz, tütün məmulatlarının istehsalı 6,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,0 faiz, mebel istehsalı 6,0 faiz, əczaçılıq məhsullarının istehsalı 2,8 faiz artmış, elektrik avadanlıqlarının istehsalı 0,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,7 faiz, geyim istehsalı 13,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,7 faiz, sair sənaye məhsullarının istehsalı 30,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 30,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 31,4 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,6 faiz artmışdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
3 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“City Finance BOKT”un xalis mənfəəti 22% artıb
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ






.jpg)
.jpg)






.jpg)




.jpg)






