Lirə üçün həlledici ola biləcək qərar - Bu gün Türkiyə faiz qərarını açıqlayacaq
Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) növbəti faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, TCMB-nin əsas faizini (uçot dərəcəsini) 17,5%-dən 20%-ədək yüksəldəcəyi gözlənilir.
Qərar Bakı vaxtı ilə saat 15:00-da ictimaiyyətə açıqlanacaq.
TCMB əvvəlki iclasda faizini 2,50 faiz bəndi artıraraq 17,5%-ə çatdırmışdı.
Bakı vaxtı ilə saat 08:20-də Dollar/Türk Lirəsi məzənəsi 27,20 lirə səviyyəsində olub.
İqtisadçılar arasında keçirilmiş sorğuya görə, TCMB faizini 18,50% -20,00% civarına çatdıracaq. Həmçimim, TCMB-inin 2023-cü ilin sonunda faizini 25% -30% civarınadək artıracağı gözlənilir.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB bir həftəlik repo faizini (əsas faiz dərəcəsi) 2021-ci ildəki 19%-dən 8,5%-ə endirilmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılmış, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilmişdi. Seçkidən sonra Maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilmiş, faizin artırılmasına qərar verilmişdir. İyun və iyul ayından TCMB faizini 9 faiz bəndi artıraraq 8,5%-dən 17,5%-ədək yüksəldib. Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunda əhəmiyyətli bir yaxşılaşma əldə olunana qədər mərhələli şəkildə sərt pul siyasətinin davam edəcəyini bildirib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
5 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)






.jpg)






