FAO: "Azərbaycan dünyada xurma istehsalçıları və ixracatçıları sırasında ilk üçlüyə daxildir"
Azərbaycan 192,4 min metrik tonla dünyanın 3-cü əsas xurma istehsalçısıdır.
Xarici mətbuat xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında bildirilib.
Qlobal bazarda əsas xurma tədarükçüləri Çin (3 milyon 429,4 min metrik ton), Cənubi Koreya (200,6 min metrik ton), Azərbaycan (192,4 min metrik ton), Yaponiya (187,9 min metrik ton) və Braziliya (170,2 min metrik ton) olub.
Qlobal xurma bazarının 2023-2028-ci illərdə illik 6,16 %-lik artım tempi ilə böyüyüəcəyi gözlənilir. Son nəticədə qlobal xurma bazarının həcmi 2023-cü ildə 0,84 milyard ABŞ dollarından 2028-ci ildə 1,13 milyard ABŞ dolarına yüksələcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2021-ci ildə xurmanın ixrac dəyəri 2018-ci illə müqayisədə 12,7 % artaraq 620,1 milyon ABŞ dollarına yüksəlib. Bu dövrdə İspaniya, Azərbaycan və Özbəkistan xurma meyvəsinin aparıcı ixracatçılarından olub.
İxracın belə artımının əsas səbəbi idxal edən ölkələrdə xurmanın yüksək qiymətləri və bir sıra ölkələrdə istehsalın təşkil olmasıdır. Almaniya, ABŞ və s. kimi istehsalı olmayan və ya az olan bir çox ölkələrdə xurma meyvələrinə tələbat yüksəkdir. Bu ölkələr Çin kimi istehsalın çox olduğu ölkələrdən idxal edirlər. Maraqlıdır ki, Çin aparıcı ixracatçı olmaqla həm də ən çox idxal edən ölkələrdən biridir.
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
4 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























