Azərbaycanda istehsal olunacaq
Azərbaycan zirehli döyüş maşınının istehsalına başlayacaq.
Azərbaycan-Kanada Birgə Müəssisəsi - AZCAN “ADEX 2016” beynəlxalq müdafiə sərgisində Azərbaycanda istehsal olunmaq və xaricdə satılmaq üçün yaradılmış flaqman tipli zirehli transportyoru (ZTR) nümayiş etdirib.
AzCan Sentry Şəxsi heyətin daşınması üçün nəzərdə tutulsa da, avtomobildə müxtəlif silahlar quraşdırmaq mümkündür. Maşının çəkisi 17 tondur.
Tank əleyhinə mina partlayışına davamlı olan maşın 20 kilometr məsafədə hərəkəti tutur və müəyyən edir. Zirehli avtomobil iki modeldə istehsal ediləcək.
Avtomobil üzərində quraşdırılan pulemyot hədəfi müəyyənləşdirərək 2000 metrdə nişan alıb avtomatik atəş açmaq qabiliyyətinə malikdir.
AzCan "Huron" və "Sentry" Zirehli Transportyorlarının digər məlumatları aşağıdakı kimidir:
AzCan Huron
- Heyət: 16 nəfər.
- Gücü: 305 a.g.
- Mühərrik 8.3 l Dizel.
AzCan Sentry
- Heyət: 8 nəfər.
- Gücü: 362 a.g.
- Mühərrik: 6.7 l Dizel V8.
AZCAN-ın baş direktoru Roman Şimonov bildirib ki, onların təqdim etdiyi flaqman tipli ZTR Azərbaycanda istehsal ediləcək və dünyanın bütün ölkələrində satışa çıxarılacaq.
Qeyd edək ki, AZCAN təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisədir. Şirkət 2016-cı ilin sonundan Azərbaycanda fəaliyyətə başlayacaq.
©Azvision
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
27 d. əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
27 d. əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
-
- 30 d. əvvəl
-
43 d. əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Bakıda 2-ci “Popeyes” restoranı açılır





















