30 kiloqramlıq yeşik 7-8 manata təklif olunur - qiymət 15 qəpiyə kimi düşüb
Xaçmazda açıq tarla şəraitində yetişdirilən pomidor sahələrində iyulun 15-dən başlayaraq kütləvi məhsul yığımına başlanılıb. Bu il sahələrdə bol məhsul yetişib.
Hazırda Xaçmaz bazarlarında pomidorun topdansatış qiyməti hər kiloqramına görə 25 qəpikdir. Otuz kiloqrama yaxın pomidorla doldurulmuş yeşik alıcılara 7-8 manata təklif olunur.
Təsərrüfatçı Füzuli Paşayev rayonun Aşağı Zeyid kəndində 0,25 hektar sahədə pomidor becərib. Bol məhsul əldə edən fermer yetişdirdiyi pomidoru sahədən birbaşa topdansatış qiymətinə satmağa üstünlük verir.
“Bizim kənddə sakinlərin əsas məşğuliyyəti pomidor becərməkdir. Bir, iki hektar sahədə pomidor əkənlər var. 5-6 ay zəhmət çəkdikdən sonra məhsul satışını gözləyirik. İyulun ortalarından pomidor satırıq. İlk başlayanda bir kiloqramını 40-50 qəpiyə satırdıq. İndi isə pomidor kütləvi yetişib. Ona görə də qiymət 20-25 qəpiyə kimi ucuzlaşıb”, - deyə Füzuli Paşayev söyləyib.
Bu il Xaçmaz rayonunda 1934 hektar sahədə pomidor əkilib. May ayından sahələrə köçürülən pomidor şitilləri mövsüm boyunca 10-12 dəfə suvarılıb, zərərvericilərə qarşı 4-5 dəfə dərmanlanıb. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür. Xaçmazda əsasən pomidorun “Lajen”, “Sultan”, “Sevimli” növləri becərilir.
Xaçmaz bazarında pomidor topdansatış qiymətə alınaraq paytaxtdakı satış mərkəzlərinə aparılır.
“Fevral ayından bu pomidorun becərilməsi üçün zəhmət çəkirik. İlk məhsul yığılanda pomidorun bir yeşiyi 15-16 manat idi. Kiloqramı 40-50 qəpiyə satırdıq. İndi 15-20 qəpiyə düşüb”, - deyə bazarda pomidor satan təsərrüfatçı Sakit Mütəllimov söyləyib.
Əsasən yerli bazarlara satılan Xaçmaz pomidorunun ixrac potensialı da var. Amma rayonda açıq tarla şəraitində yetişdirilən tərəvəzin çox az hissəsi xaricə göndərilir. Hazırda xaçmazlı təsərrüfatçılar daha çox meyvəçiliyə üstünlük versə də, keçmiş sovet dövründə bu rayonda yetişdirilən pomidor bütün ölkədə məşhur idi. Fermerlər bildirirlər ki, pomidorun xaricə satılması ölkəmizə valyuta gətirməklə yanaşı, fermerlərin daha çox gəlir əldə etməsinə şərait yaradar.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il Xaçmazda 2003 hektar pomidor sahəsindən 69 min 18 ton məhsul yığılıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























