"Embafinans"ın kredit portfeli 52 milyonu aşıb, 6 ayda 2 milyon manatdan çox xalis mənfəət əldə edib
BOKT "Embafinans" QSC 2023-cü ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Embafinans" 2023-cü ilin ilk 6 ayını 2 milyon 82 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Təşkilatın xalis mənfəəti 294 min manat və ya 16% artıb.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır. Belə ki, "Embafinans"ın faiz gəlirləri 2023-cü ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 35% artaraq 5 milyon 611 min manat, haqq və komissiya gəlirləri isə 27% artaraq 1 milyon 119 min manata yüksəlib.
KREDİT PORTFELİ 52 MİLYON MANATI AŞIB
"Embafinans" kreditlərinə marağın olduğunu kredit portfelinin artması da təsdiq edir. 30 İyun 2022-ci il tarixi ilə müqayisədə, Təşkilatın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 18 milyon 90 min manat və ya 53% artaraq 30 iyun 2023-cü il tarixində 52 milyon 111 min manata çatıb.
TƏŞKİLAT BÖYÜYÜB
Müqayisə olunan dövrdə BOKT "Embafinans"ın cəmi aktivləri 48% artaraq 56 milyon 679 min manata yüksəlib.
30 İyun 2023-cü il tarixində "Embafinans" 15 milyon 411 min manat cəmi kapitala malik olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.
Xatırladaq ki, Bank Olmayan Kredit Təşkilatı "Embafinans" QSC 2022-ci ili 3 milyon 170 min manat xalis mənfəət ilə başa vurmuşdur. "Embafinans"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 11 milyon 888 min manat və ya 45,7% artaraq 37 milyon 890 min manata çatmışdı. Ötən il "Embafinans"ın cəmi aktivləri 10 milyon 995 min manat və ya 34% artaraq 43 milyon 415 min manata yüksəlmişdi.
BOKT "Embafinans" QSC sərfəli şərtlər, hər bir müştəriyə fərdi yanaşma və minimum rəsmiləşdirmə zamanı ilə istehlak və biznes kreditləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat sonra
- 1 saat sonra
-
22 d. əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
-
31 d. əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 35 d. əvvəl
-
51 d. əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Daha bir böyük məbləğli büdcə təsdiq edildi -13 MİLYARD 32 MİLYON MANAT
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib
























