Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bu həftə sıx məlumat gündəmi fonunda, həftənin ilk əməliyyat günündə dollar indeksində müsbət tendensiya müşahidə edildi.
Analitiklər, Federal Ehtiyatlar Sisteminin (FED) sonrakı addımları haqqında daha çox ipucu verə biləcək Amerikada əmək bazarı, xüsusilə də qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərinin sayı (NFP) ilə bağlı məlumatların cümə günü açıqlanacağını ifadə edərək, “Apple” və digər bu kimi nəhəng şirkətlərin açıqlayacağı balans hesabatlarını diqqətdə saxlamağın əhəmiyyətini qeyd ediblər.
Digər tərəfdən, FED-in bankların kreditləşdirmə təcrübələri ilə bağlı dərc etdiyi "Böyük Kredit Sorumlusu Rəy Anketi" hesabatı, ölkədəki bankların ikinci rübdə kredit şərtlərini sərtləşdirdiyini ortaya qoydu.
Bu ilin üçüncü rübü üçün borclanma proqnozunu açıqlayan ABŞ Maliyyə Nazirliyi də iyul-sentyabr ayları üçün borclanma proqnozunu 1 trilyon 7 milyard dollara yüksəldib.
Çikaqo FED sədri Austan Qulsbi bank rəsmiilərinin açıqlamalarını izləyərkən aylıq inflyasiya məlumatlarının yaxşı olduğunu və hədəflərinin ağır resessiya yaşanmadan inflyasiyanı azaltmaq olduğunu bildirib.
Kredit şərtlərindəki sərtləşməni gözlənildiyi kimi görmədiklərini qeyd edən Qulsbi, inflyasiyanın azaldılması istiqamətində görülən işlərin nəticə verdiyinə diqqət çəkib.
Bu gün isə Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Qeyd edək ki, hazırda 102.00 bənd səviyyəsində qərarlaşan DXY-da “Buğalar” qiyməti bu 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər. “Ayılar”ın güclü olduğu bir ssenaridə isə 100.00 bənd səviyyəsi olduqca önəmli psixoloji dəstək həddi olaraq aktuallığını qoruyur.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
-
21 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 43 d. əvvəl
-
53 d. əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 1 saat əvvəl
-
11 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
-
15 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Ən çox oxunanlar
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda






.jpg)
.jpg)






.jpg)










